Tarix dəyişsə də, erməni xisləti dəyişmir
Humanitar atəşkəsin
antihumanist qatilləri
Hədəfdə yenə dinc sakinlərdir... Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən Azərbaycanın nəinki cəbhə bölgələrini, döyüş ərazilərindən uzaqda olan yaşayış yerlərini belə gülləbaran edirlər. Oktyabrın 11-də gecə saat 2 radələrində Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə Azərbaycanın ikinci böyük şəhəri - qədim və gözəl Gəncə hədəf seçildi. 500 mindən çox əhalisi olan bu şəhər də cəbhə bölgəsindən xeyli uzaqdır.
Həmin gecə dinc sakinlər düşəmin fitnəsindən xəbərsiz öz evlərində ikən raket atəşinə məruz qaldılar. 4-ü qadın olmaqla 10 nəfər həlak oldu, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralandı. 10-dan artıq çoxmənzilli binaya, eləcə də 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəydi.
Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində, ümumilikdə mülki şəxslərdən 3-ü uşaq olmaqla 42 mülki şəxs həyatını itirib, 206 nəfər yaralanıb. Həmçinin Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1479 ev, 241 mülki obyekt və 66 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb.
Erməni faşistləri həm də amansız uşaq qatilləridirlər. Onlar məktəblərə, uşaq bağçalarına ağır artilleriya zərbəsi endirirlər. Təhsil Nazirliyi düşmən tərəfindən hədəfə alınan azərbaycanlı məktəblilərin adlarını və erməni təcavüzü nəticəsində dağıntılara məruz qalan təhsil müəssisələrinin siyahısını açıqlayıb.
Nazirlikdən bildirilib ki, düşmən təcavüzü nəticəsində 3 məktəbli - Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin IX sinif şagirdi Fidan Qurbanova, Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və Ağcabədi rayonu, R.Quliyev adına Taynaq kənd orta məktəbinin IX sinif şagirdi Fərid İsgəndərov həlak olub.
Eyni zamanda Gəncə şəhərinin bombalanması nəticəsində məktəblilər - Banu İbrahimova, Fərid İbrahimov, Turqay Əliyev, İlyas Həsənbəyli, Məleykə Abdullayeva, Ömər Mehdiyev, Səlim Mustafazadə, Murad Cavadov, Dinarə Muradova, Rauf Muradov, Hüseyn Əliyev, Sevinc Rəhimova, Aysu Əliyeva, Şəmiddin Şirinov, Şəfa Şirinova yaralanıblar.
Nazirlikdən verilən məlumata görə, düşmənin təcavüzü nəticəsində ümumilikdə, 37 məktəb dağıntılara məruz qalıb. Bunlar Tərtərdə 12 məktəb, Ağdamda 11 məktəb, Gəncədə 5 məktəb, Füzulidə 4 məktəb, Goranboyda 3 məktəb, Bərdə və Ağcabədidə 1 məktəbdir.
Bu günlərdə baş verən faciəli hadisələr bir daha təsdiq edir ki, tarix dəyişsə də, erməni xisləti dəyişmir. XX əsrin əvvəllərində də, ortalarında da, sonlarında da həmin bu xislətlə, bu vəhşiliklə ermənilər xalqımıza divan tutdular. Bu mənfurlar üçün fərqi yoxdur ki, qarşılarındakı uşaq, qadın, qoca, cavandır. Onlar azərbaycanlı olan hər kəsə amansızdırlar. Ən dəhşətlisi isə budur ki, heç zaman öz əməllərindən peşman olmurlar, xəcalət çəkmirlər.
XX əsrin axırlarında əvvəlcə Ermənistan SSR-in ərazisinə çevirdikləri əzəli Azərbaycan torpaqlarından yerli sakinləri son nəfərinədək qovdular. 1988-ci ildə doğma yurdlarından zorla çıxarılan soydaşlarımızdan 23-ü uşaq olmaqla 216 nəfəri qətlə yetirdilər. Hadisələrin ardınca Dağlıq Qarabağı odlara qaladılar. Mərmi salmadıqları ocaq, dağ çəkmədikləri ailə buraxmadılar.
XX əsrin sonuncu onilliyində başlayan Birinci Qarabağ müharibəsi zamanı erməni faşistləri onlara tarixi ərazilərində yaşamaq üçün yer, süfrələrində yemək verən Azərbaycan xalqının yaxşılıqlarının əvəzini hər cür yamanlıq etməklə verdilər. Sovet imperiyasının dağıldığı, siyasi, iqtisadi, sosial vəziyyətin gərginləşdiyi dövrü əllərinə düşən girəvə bildilər. Göstərdilər ki, göz dikdikləri yalnız torpaqlarımız deyil. Xaricdən güc alaraq ərazilərimizi işğal etmək planlarının bir hissəsi oldu. Müharibə sözünü tələffüz belə edə bilməyən körpələrimizə, hamilə qadınlarımıza, qocalarımıza aman vermədilər.
Birinci Qarabağ müharibəsində erməni vəhşilikləri nəticəsində Azərbaycan tarixinə misli-bərabəri görünməmiş faciələr yazıldı. Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər isə yalnız bizim deyil, bütün bəşəriyyətin tarixinə qanlı səhifə kimi yazıldı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalıda qətliam törətdilər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
1994-cü ildə
atəşkəs elan
olundu. Ancaq Ermənistan dövləti
öz mənfur əməllərindən əl
çəkmədi. Ermənistan silahlı
qüvvələri tərəfindən
Azərbaycan Ordusu, eləcə də dinc sakinlərimiz mütəmadi atəşə
tutuldular. Azərbaycan
balalarından kimisi 9 yaşlı Fariz Bədəlov kimi həyətdə oynayarkən,
kimisi 2 yaşı tamam olmamış körpə Zəhra kimi nənəsi ilə birlikdə qətlə yetirildi. Elə ailələr oldu ki, bütövlükdə
erməni vandalları
tərəfindən məhv
edildi.
Oktyabrın 11-də gecə saat 2-də Gəncədə xalqımıza
qarşı törədilən
növbəti qanlı
terror aktından xəbər
tutan dünya ölkələri erməni
vəhşiliyinə heyrətlənir. Amma heyrətlənmək,
dəhşətə gəlmək,
hətta qınamaq da yetməz. Unutmaq olmaz ki, o insanlar
döyüşçü, əsgər deyildilər.
Öz evlərində, doğmaları
ilə birlikdə yaşayan dinc sakinlər gecənin birində Ermənistanın
hərbi-siyasi rəhbərliyinin
əmrini yerinə yetirən erməni ordusunun raket atəşinə məruz
qalaraq kimi həyatı ilə vidalaşdı, kimisi isə doğmalarını
və sağlamlığını
itirdi. Gəncədə erməni vandallarının
törətdikləri terror aktına dünyanın əmin-amanlığını arzulayan, ədalətini və haqsevərliyini qoruyan heç bir dövlət laqeyd qalmamalıdır.
Xocalı soyqırımına susmuş bəşəriyyət
bu dəfə dilə gəlməlidir.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2020.-15 oktyabr.- S.9.