Azərbaycan qaniçən faşistlərlə üz-üzədir

 

Ermənistan dinc əhaliyə qarşı qadağan olunmuş mərmilərdən də istifadə edir

 

Nə az-nə çox 200 ildir ki, dəqiq tərifini vermək son dərəcə çətin olan bir düşmənlə yan-yana yaşamışıq. Ötən dövrdə erməni adlı bu qonşudan nələr görməmişik?! Tarix kitabını ötəri vərəqləyəndə tükürpərdici mənzərələrlə üz-üzə qalırıq.

İnsanlıqdan çox-çox uzaq bu məxluqa adam deməyə dil gəlmir: erməni qonşusunun belinə qaynar samovar bağlayır, dünənəcən yaltaqlandığı türkün balalarını borunun içinə doldurub iki ucdan qaynaqlayır, körpə uşağı anasının qucağından alıb tonqala atır, bir vaxtlar "qardaşdediyi, ağız-ağıza öpüşdüyü adamın kəlbətinlə dişlərini, dırnaqlarını çıxarır, diri-diri basdırır...

Beləsinə hansı tərifi vermək olar? Bəlkə də, erməniyə tərif quraşdırmaq olar, amma çox uzun alınar, əzbərləmək çətin olar. Ona yapışmış sözlər çoxdur: əxlaqsız, abır-həyasız, nankor, qəddar, qan hərisi, cəllad, faşist... Özü də tərifin məzmunu illər keçdikcə "zənginləşir”, yeni-yeni əcaib cizgilər ehtiva edir.

Nə qədər təəssüfedici olsa da, dünya bina olandan bəri bəşər zaman-zaman müharibə kimi faciə yaşamalı olur - günahlı, günahsız insanlar ölür, şəhərlər, kəndlər xarabalığa çevrilir, analar, bacılar göz yaşı tökür, yetim uşaqlar valideyn üzünə həsrət qalırlar. Amma müharibənin də yazılmış, yazılmamış qayda-qanunları var. Heç kim beynəlxalq qanunvericilikdən kənara çıxmamalıdır, kənara çıxan cəzalandırılmalıdır. Müharibədirsə, ordu ordu ilə vuruşmalıdır, silah mülki əhaliyə tuşlanmamalıdır, dinc insanlar imkan daxilində zərər çəkməməlidir.

Ancaq bütün bunlar elə bil ki, Azərbaycan xalqının qanına susamış erməni təcavüzkarına aid deyil. 1988-ci ildən bəri növbəti dəfə belə bir düşmənlə qarşılaşmışıq ki, onu başqaları yalnız xəyalında canlandıra bilər. Əvvəlcə havadarlarının birbaşa köməyi ilə əzəli torpaqlarımızı işğal edib yüz minlərlər həmvətənimizi yurd-yuvasından didərgin saldı. Bu azmış kimi, yüzlərlə yaşayış məntəqəsini yer üzündən sildi. Belə bir şey on milyonlarla adamın ölümünün baiskarı Hitler kimi superfaşistin də ağlına gəlməmişdi. Hitlerçi faşistlər erməni faşistləri ilə müqayisədə, necə deyərlər, toya getməli idilər.

Erməni qəddarlığının, qaniçənliyinin hədd-hüdudu yoxdur. İndi də düşmən bacara bilmədiyi, ard-arda sarsıdıcı zərbə aldığı Azərbaycan əsgərinin qisasını dinc sakinlərdən almaq xətti götürmüşdür: şəhərlərimiz, kəndlərimiz mütəmadi olaraq ağır silahlardan atəşə tutulur, heç bir günahı olmayan vətəndaşlarımız, o cümlədən qocalar, qadınlar və uşaqlar həlak olurlar, yaralanırlar. Gəncə kimi böyük şəhərin sakinlərini gecə, yuxuda olarkən yalnız insan sifətini tamamilə itirmiş düşmən raketlə vura bilərdi. Ermənistan ordusunun dinc əhaliyə qarşı bu hərəkəti xalis terror aktıdır. Beynəlxalq hüquqa, insanlığa meydan oxuyan erməni həyasızlığı o həddə gedib çıxmışdır ki, İrəvan rejiminin təmsilçiləri dinc sakinləri qəsdən hədəf aldığını az qala təntənəli şəkildə bəyan edirlər - məqsəd əhali arasında panika yaratmaqdır.

Düşmən bütün bunlarlar kifayətlənməyib cəbhədən çox-çox uzaqda yaşayan azərbaycanlılara qarşı tamamilə qadağan olunmuş silahları işə salır. Əldə olan məlumata görə, erməni təcavüzkarı dinc əhaliyə atdığı raketlərdə kaset döyüş başlıqlarından istifadə edir. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Goranboy rayonunun ərazisində apardığı araşdırma nəticəsində iki məntəqədə kasetli mərmi aşkarlamışdır. Bundan əvvəl Beyləqan rayonunda da kaset bombalarının çanaq hissəsi tapılmışdır.

Kasetli bombalar qadağan olunmuş silahlar sinfinə daxildir. Belə bombalar insan orqanizmi üçün olduqca zərərlidir. Bu bombalar çoxlu sayda kiçik bombalardan ibarətdir məhz bu xüsusiyyətinə görə böyük əraziləri dağıda bilir. Ona görə 1949-cu il tarixli Cenevrə Konvensiyasına uyğun olaraq, belə bombaların yaşayış məntəqəsinə, dinc əhaliyə atılması qadağandır. Odur ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrinə, insanların sıx yaşadığı ərazilərə kasetli bomba atması hərbi cinayət kimi tövsif olunmalıdır.

Erməni işğalçıları torpağımızda başqa bir qadağan olunmuş silah da sınayıblar. ANAMA-nın xüsusi mobil əməliyyat qrupu Füzuli rayonunun ərazisində apardığı əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 122 millimetrlik tüstülü top mərmisi (D-4) aşkarlamışdır. Mərminin tərkibində 3,6 kiloqram fosfor (P-4) var. Bu cür mərmilərin mülki əhaliyə obyektlərə qarşı istifadə edilməsi beynəlxalq humanitar hüququn tələblərinə prinsiplərinə görə qadağandır. Beləliklə, düşmən başqa bir müharibə cinayətinə çirkin imza atmışdır.

Dünya illərdir xalqımıza qarşı törədilən saysız-hesabsız cinayətləri görməzdən gəlir, özünü kor-lal kimi aparır. Acı həqiqət budur ki, kim güclüdür, o da haqlıdır.

Ona görə vur, Azərbaycan əsgəri, vur! Qarşına çıxmış qaniçən erməni faşistləri dil kimi yalnız sənin zərbəni başa düşürlər!

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.- 2020.-15 oktyabr.- S.9.