Operativ Qərargah:
Xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq
olunmasına qərar verilib
Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.
Nazirlər
Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata
görə, sanitar-epidemioloji vəziyyət, koronavirusa
yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas
götürülməklə aşağıdakı məhdudiyyətlər
tətbiq edilir:
•
2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı
metropolitenində sərnişindaşıma fəaliyyəti
dayandırılır;
•
2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə
üzrə bütün təhsil müəssisələrində
tətil elan olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.
Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.
Bir daha vətəndaşlarımızı COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırırıq.
Onu da qeyd edək ki, Milli Ordumuzun Ermənistanın
təcavüzünə qarşı uğurlu
əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş
yayılmaması üçün müvafiq qaydalara riayət
etməklə dövlətimizə, ordumuza
dəstək vermiş olarıq.
Azərbaycan.-2020.-17 oktyabr.- S.5.