Ağdam rayonunda kənd qəbiristanlıqları erməni hərbçilərinin artilleriya atəşinə məruz qalıb

 

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Düşmənin atəşi nəticəsində yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. İşğal altında olan ərazilərimizdəki tarixi-dini abidələri məhv edən ermənilər dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, cəbhə xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrində vətəndaşlara məxsus evlər, mülki infrastruktur obyektləri ilə yanaşı, qəbiristanlıqlar da ermənilərin artilleriya atəşinə məruz qalır. Ağdam rayonunda kənd qəbiristanlıqlarına düşən mərmilərin partlaması nəticəsində bir çox qəbir daşları dağılıb və ya zədələnib.

 

 

Azərbaycan.-2020.-17 oktyabr.- S.6.