İkinci Xocalı
Ermənistanın Gəncə cinayəti Azərbaycan
xalqına qarşı törədilən növbəti
soyqırımıdır
Məhz ikinci Xocalı...
Yenə də hədəfə alınmış mülki əhali, öldürülmüş, yaralanmış körpələr, uşaqlar, qocalar, qadınlar...
Və bu murdar, insanlıqdan uzaq əməllərin törədilməsində güdülən dəhşətli məqsədlər...
Bəli, ermənilərin 11 oktyabr 2020-ci ildə törətdikləri Gəncə faciəsi, düz 28 il əvvəl Xocalıda həyata keçirdikləri soyqırımının davamıdır...
XX əsr boyu ermənilərin Azərbaycan xalqına qarşı belə cinayətləri bir-birini əvəz edib: 1905-ci ildə də xalqımıza qarşı soyqırımı ediblər, 1918-ci ildə eyni dəhşətləri təkrarlayıblar. 1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası, 1988-ci il hadisələri tariximizə ermənilər tərəfindən törədilən vəhşiliklər, vandalizm, terrorçuluq kimi yazılıb.
Ermənilər xarakterlərindəki hiyləgərlik, riyakarlıq, namərdlik, zalımlıq kimi insanlığa yaraşmayan xüsusiyyətlərinə xas olaraq günahsız insanları hədəf seçir, güclərini qocaların, qadınların, uşaqların üzərində sınamaqla öyünürlər. Bu onların xislətidir.
Məşhur britaniyalı jurnalist, "Qara bağ” kitabının müəllifi Tomas de Vaalın 2000-ci ildə o vaxtki Ermənistan prezidenti Serj Sarkisyandan aldığı müsahibədən kiçik bir hissəyə diqqət yetirək: "Xocalı hadisələrinədək azərbaycanlılar elə bilirdilər ki, biz onlarla zarafat edirik. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq”.
Ermənilərin xislətini aydın şəkildə gözlər önünə sərən bu qan donduran cümlələrə əlavə şərh yazmağa ehtiyac yoxdur...
Ermənistanın dövlət siyasəti
insanlığa qarşı cinayətlərə, terror hadisələrinə köklənib
Azərbaycan xalqı heç bir zaman sülh yolundan, barışıqdan vaz keçməyib. Genetikasında özünə yer etmiş humanizm prinsiplərindən çıxış edərək, münaqişələrin ədalətli formada, qan tökülmədən, danışıqlar vasitəsilə həlli yoluna üstünlük verib.
Elə son onilliklərdə də Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan müzakirələr Ermənistanın pozuculuq fəaliyyəti sayəsində nəticəsiz qalıb. Onlar uydurma "dənizdən dənizə böyük Ermənistan” xülyasından sərsəmləmiş halda dayanmadan insanlığa qarşı cinayətlər, terrorlar həyata keçirir, yalvararaq müvəqqəti sığınacaq aldıqları bütün əraziləri özlərininki hesab etmək kimi xəstə düşüncələrə qapılırlar. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd siyasət aparan işğalçı Ermənistan diplomatik danışıqları da birmənalı olaraq rədd edir. Eyni zamanda yürütdüyü terrorçu mahiyyətli siyasəti ilə nəinki Azərbaycan, eləcə də bu bölgədə yaşayan digər ölkələr və xalqlar, eyni zamanda, dünyadakı bütün millətlər üçün təhlükə yaradırlar.
Düşmən əlini yenidən günahsız azərbaycanlıların
qanına batırdı
Ermənilər xislətlərindəki namərdliyə, qorxaqlığa xas olaraq döyüş meydanındakı məğlubiyyətlərinin acısını hər zaman əliyalın insanlardan almağa çalışırlar.
Lələtəpədə, Günnütdə, bu ilin iyul ayında Tovuzda rəşadətli Ordumuz tərəfindən hərb meydanında layiqli cavab alaraq yerinə otuzdurulan Ermənistan təəssüf ki, yenə də nəticə çıxarmadı. Azərbaycana qarşı təxribat törətmək niyyətindən əl çəkmədi. Sentyabrın 27-də yenidən təxribata başladı, şəhərlərimizi, kəndlərimizi atəşə tutdu. Bu dəfə də uğursuzluğa düçar oldu. İgid oğullarımız işğalçılara elə bir divan tutdular ki, ürəklərində yaranan əbədi vahimə min illər keçsə də yox olmayacaq.
Hünər meydanında Ordumuzla baş-başa gələ bilməyən düşmən son çarəsi kimi yenə də məkrli planlara, mülki əhalini hədəf alan təxribatlara əl atdı. Azərbaycan Ordusunun düşmənin yalnız hərbi obyektlərini nişan almasına baxmayaraq, Ermənistanın silahlı qüvvələri şəhərlərimizi, kəndlərimizi atəşə tutdu.
Eyni zamanda işğalçı Ermənistan özünün israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, yenidən Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutaraq mülki əhalini hədəfə aldı. Bu gün də Ermənistan xislətinə uyğun olaraq atəşkəs haqqında razılaşmaya əməl etmir və Azərbaycanın həm cəbhəboyu rayon və kəndlərini, həm də cəbhə zonasından uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.
Ən dəhşətlisi isə odur ki, oktyabrın 11-də gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri, cəbhə xəttindən 80 kilometr uzaqlıqda yerləşən Gəncə Ermənistan rəhbərliyinin əmri ilə bombardman edildi. Ermənistanın bu vəhşi hücumu nəticəsində 4-ü qadın olmaqla 10 nəfər həlak oldu, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralandı. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəydi.
Ermənistanın Gəncə cinayəti də dinc və günahsız azərbaycanlılara qarşı törədilən və Xocalıdan sonra növbəti soyqırımı aktıdır.
Erməni faşizminin eybəcər
sifəti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin "Haber Global” televiziya kanalına müsahibəsi zamanı da bildirdi ki, atəşkəs rejimi tətbiq olunandan sonra Ermənistan demək olar ki, dərhal öz çirkin əməllərini davam etdirib. Saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulub: "Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Çünki artıq hər şey göz qabağındadır. Dünən o hadisə yerində təşkil olunan mətbuat açıqlamaları və bu gün oraya gedən xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər. Bir daha görürlər ki, bu münaqişənin səbəbkarı kimdir. Kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi”.
Atəşkəsin elan olunmasından sonra Ermənistanın Azərbaycanın dinc əhalisinə açıq hücum etməsi və körpəsindən tutmuş yaşlısına kimi insanları hədəfə alaraq qətlə yetirməsi heç bir zaman terrorçu xislətindən əl çəkməyəcəyinin bariz nümunəsidir. Bu cinayət əməli bir daha sübut etdi ki, işğalçı ölkə əldə olunan razılaşmaya, imzaladığı sənədə heç vaxt əməl etmir. Bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq tarixdəki alçaq və çirkin əməllərini davam etdirir. Düşünür ki, bu dəfə də yalançı hay-küyü ilə beynəlxalq ictimaiyyətə yanlış informasiyalar ötürə biləcək. Amma yanılır, elə sözügedən müsahibə zamanı dövlət başçımızın bildirdiyi kimi, bu, onların taktikasıdır. Çünki onlar öyrəşiblər ki, dünya meydanında onlara daim dəstək veriləcək: "...Ancaq bugünkü dünyada, internet dövründə bunu etmək onlar üçün artıq çox çətindir. Çünki artıq qeyri-ənənəvi mətbuat vasitələri var, internet var və məlumatın çatdırılması o qədər də çətin məsələ deyil. Ona görə bu gün onlar informasiya mübarizəsində də əvvəlki mövqelərə sahib deyillər. Biz isə haqq yolundayıq. Həm beynəlxalq hüquq baxımından, həm tarixi ədalət baxımından biz haqlıyıq. Biz öz torpağımızdayıq, öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim torpaqlarımızdan çıxarsa, bu münaqişəyə də son qoyulacaq”.
Terrorçu Ermənistan ədalət
qarşısında cavab verməlidir
Bu faciələri törətməklə ermənilər hər zaman yalnız bir məqsəd güdüblər: xalqımızı qorxutmaqla, mübarizə əzmini qırmaqla, tarixi dədə-baba torpaqlarımızın itirilməsi ilə razılaşmağa məcbur etmək. Elə buna görə də, azərbaycanlılar davamlı olaraq erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb, tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Və bütün bunlar kütləvi qırğınlarla, insanlığa yaraşmayan vəhşiliklərlə müşayiət olunub.
Amma Azərbaycan xalqı heç zaman işğalla barışmayıb və indi də işğalçının məkrli planlarla yurdumuzdan qoparmağa çalışdığı tarixi əzəli torpaqlarını geri qaytarmaq üçün beynəlxalq hüquq və normalar çərçivəsində mübarizəsinə başlayıb. Ötən xeyli müddət ərzində səbrimizi düzgün dəyərləndirməyi, sülh uğrunda həyata keçirdiyimiz səyləri qiymətləndirməyi bacarmayan azğın düşmənə Azərbaycan bu gün layiqli yerini göstərir. Torpaqlarımıza göz dikən, əlinə fürsət keçdikcə vətəndaşlarımıza qarşı soyqırımı törədən terrorçu Ermənistan ədalət mühakiməsi qarşısında mütləq cavab verəcək.
Yasəmən MUSAYEVA,
Azərbaycan.- 2020.-15 oktyabr.- S.1; 9.