Dağlıq Qarabağa sülh və ədalət!

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri adından BƏYANAT

 

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri "Dağlıq Qarabağa sülh və ədalət” adlı bəyanat yayıblar. AZƏRTAC bəyanatın mətnini təqdim edir:

"Biz Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünüsuverenliyini tam dəstəkləyirik.

Azərbaycan güclü beynəlxalq qanuni dəstək alıb: BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Beynəlxalq ictimaiyyət ərazinin müharibə yolu ilə ələ keçirilməsini tanımadığını bir daha təsdiqləyib. Qanunsuz yolla gücün tətbiqi heç bir şəkildə əsaslandırıla bilməz. Biz Ermənistan və Azərbaycan sərhədi boyunca Azərbaycan vətəndaşlarının və mülki obyektlərinin hədəfə alınmasını qətiyyətlə pisləyirik. Qanunsuz fəaliyyətlər, eləcə də Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırılma dayandırılmalıdır.

Bu gün təxribatlara, atəşkəs sazişinin pozulmasına baxmayaraq, Azərbaycan yenə də təmkin göstərərək, müvafiq qanuni kanallar vasitəsilə vəziyyəti düzəltməyə çalışır. Münaqişə qan tökülməsi və resurs itkisi bahasına başa gəlir.

İndi bütün mümkün diplomatik kanalları fəallaşdırmağın vaxtıdır. BMT və Avropa İttifaqı dərhal atəşkəsə çağırmalı və beynəlxalq səviyyədə mümkün olan hər bir vasitədən istifadə etməklə növbəti hərbi fəaliyyətin qarşısını almalıdır. Lakin uzunmüddətli münaqişənin nəhayət həlli üçün axtarış istiqamətində irəliləyiş zəruridir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas prinsiplərindən biri sülhməramlı yollarla sülh üçün çalışmaqdır. Beləliklə, biz beynəlxalq ictimaiyyəti əvvəlki qətnamələrin, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasını, tələb olunduğu kimi, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılmasını təmin etməyə və Ermənistan-Azərbaycan münaqişəsinin davamlı həllinə nail olmağa çağırırıq.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin - Rusiya, Fransa və ABŞ-ın vasitəçilik etdikləri danışıqlar prosesi münaqişənin həll olunması üçün heç bir real nəticə verməyib. Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələrək mandat əldə edən həmsədrlər davamlı sülhə nail olmaq istiqamətində məqsədyönlü danışıqlar aparılmasını təmin etmək üçün öz səylərini ikiqat artırmalıdırlar.

Bütün bəşəriyyətin ümumi düşmən olan COVID-19 ilə mübarizə apardığı belə bir zamanda insanlıq üçün məntiqə uyğun deyil ki, bütün enerjimizi və resurslarımızı bir-birimizi öldürmək və məhv etmək üçün istifadə edək. Gəlin məntiqlə və qanunun aliliyi prinsipini əsas tutaraq Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edək.

Həqiqi sülh daha vacibdir və o, yalnız ədalət və inklüzivlik üzərində qurula bilər. Bu, Avropa İttifaqının vəzifələrinə uyğundurBMT-nin 75-ci ildönümündə müvafiq canlanma yaradacaqdır. Beləliklə, gəlin biz beynəlxalq ictimaiyyətlə bərabər çalışaraq keçmişin ədalətsiz miraslarını geridə qoyub qlobal çağırışlar üzərində duraraq daha yaxşı sabahlar üçün təməl qoyaq.

 

Vayra Vike-Freyberqa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti

 

İsmail Serageldin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti

 

Şahzadə Türki bin Feysəl bin Əbdüləziz Al Saud

Kral Feysəl Fondunun Tədqiqatlar İslam Araşdırmaları Mərkəzinin sədri

 

Əbdüləziz əl-Tuveycri

ICESCO-nun sabiq Baş direktoru

 

Şövkət Əziz

2004-2007-ci illərdə Pakistanın Baş Naziri

 

Rəşid Alimov

2016-2019-cu illərdə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi

 

Rozalia Artega Serrano

Ekvadorun sabiq Prezidenti

 

Sali Berişa

1992-1997-ci illərdə Albaniyanın Prezidenti 2005-2013-cü illərdə

 

Albaniyanın Baş Naziri

 

Hikmət Çətin

1991-1994-cü illərdə Türkiyənin Xarici İşlər naziri

 

Emil Konstantinesku

1996-2000-ci illərdə Rumıniyanın Prezidenti

 

Mirko Svetkoviç

2008-2012-ci illərdə Serbiyanın Baş Naziri

 

Franko Frattini

2002-2004, 2008-2011-ci illərdə İtaliyanın Xarici İşlər naziri

2004-2008-ci illərdə ədalət, azadlıq təhlükəsizlik məsələləri üzrə Avropa komissarı

 

Amina Qurib-Fakim

 

2015-2018-ci illər Mavritaniyanın Prezidenti

 

Jan Fişer

2009-2010-cu illərdə Çex Respublikasının Baş Naziri

 

Ekmələddin İhsanoğlu

2004-2014-cü illərdə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi

 

Mladen İvaniç

2014-2018-ci illərdə Bosniya Herseqovinanın Rəyasət Heyətinin üzvü

 

Dalia İtzik

İsrailin sabiq Prezidenti parlamentin sabiq sədri

 

Georgi İvanov

2009-2019-cu illərdə Şimali Makedoniya Respublikasının Prezidenti

 

İvo Yosipoviç

2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti Yadranka Kosor 2009-2011-ci illərdə Xorvatiyanın Baş Naziri

 

Aleksandr Kvasnievski

1995-2005-ci illərdə Polşanın Prezidenti

 

İv Leterme

2008, 2009-2011-ci illərdə Belçikanın Baş Naziri

 

Zlatko Laqumciya

2001-2002-ci illərdə Bosniya Herseqovinanın Baş Naziri, 2012-2015-ci illərdə Bosniya Herseqovinanın Baş Nazirinin müavini, Xarici İşlər naziri

 

Petru Luçinski

1997-2001-ci illərdə Moldovanın Prezidenti

 

Əmr Musa

2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi, 1991-2001-ci illərdə Misirin Xarici İşlər naziri

 

Elnur Əliyev

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru

 

Rövşən Muradov

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi

 

Recep Meidani

1997-2002-ci illərdə Albaniyanın Prezidenti

 

Buyar Nişani

2012-2017-ci illərdə Albaniyanın Prezidenti

 

Jomart Otorbayev

2014-2015-ci illərdə Qırğızıstanın Baş Naziri

 

Elza Papademetru

Yunanıstan parlamentinin sabiq vitse-prezidenti

 

Rosen Plevneliyev

2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti

 

Oskar Ribas Reyq

1982-1984, 1990-1994-cü illərdə Andorranın Baş Naziri

 

Petar Stoyanov

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti

 

Boris Tadiç

2004-2012-ci illərdə Serbiyanın Prezidenti

 

Eka Tkelaşvili

2010-2012-ci illərdə Gürcüstanın Baş Nazirinin müavini

 

Filip Vuyanoviç

2003-2018-ci illərdə Monteneqronun Prezidenti

 

Viktor Yuşenko

2005-2010-cu illərdə Ukraynanın Prezidenti

 

Katerina Yuşenko

2005-2010-cu illərdə Ukraynanın birinci xanımı

 

Valdis Zatlers

2007-2011-ci illərdə Latviyanın Prezidenti”.

 

Azərbaycan.-2020.-17 oktyabr.- S.8.