Üçüncü cəbhə “savaşa qoşulur

 

Mehriban xanım Əliyeva: "Biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik”

 

Müasir müharibədə düşmənlə mübarizə üç cəbhədə aparılır. Birincisi, birbaşa döyüşlərin aparıldığı ərazilərdir. İkinci cəbhədə diplomatlar döyüşür. Üçüncüyə isə sosial media və bütünlükdə informasiya məkanında aparılan mübarizə aiddir.

Biz döyüş cəbhəsində irəli gedirik, düşmən məğlub edilir, lakin dünyada hələ də "Böyük Ermənistan” mifinə, "qədim” və "zavallı” xalqın "iztirab”larına, uydurma erməni genosidinə inananlar az deyil. Bu gün də ermənilər həmin uydurma təbliğata milyardlarla vəsait xərcləyirlər. Yenə dünyanın aparıcı KİV-də "zavallı” xalqın mərsiyyələri dəbdədir, yenə KİV-də onlarca yazı dərc edilir, verilişlər səsləndirilir, reportajlar verilir, filmlər çəkilir, bir sözlə, yalanlar tirajlanır, erməni xalqının "əzabkeş” surəti gündəmdən düşmür.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində etdiyi paylaşımda hamıya müraciət edərək Dağlıq Qarabağda qızğın döyüşlərin davam etdiyi bu günlərdə Ermənistanın vicdansızcasına feyk xəbərlər tirajladığını belə bəyan etmişdir: "Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik”.

Birinci xanımın qaldırdığı məsələ aktualdır. Bu problemin həllində hər bir Azərbaycan vətəndaşı ilə yanaşı, erməni faşizmindən əziyyət çəkən bütün türkdilli xalqların iştirak etməsi vacibdir. Mübarizənin faydalı olması, Qarabağda başlanan Vətən savaşının tam qələbə ilə sona çatması üçün erməni təbliğat maşını yalnız döyüş bölgəsində yox, bütün dünyada çökdürülməlidir. Erməni yalanlarının ifşası zamanı çatmışdır.

İlk növbədə erməni təbliğat maşınının strukturu, fəaliyyət taktikası araşdırılmalıdır. Çünki dünya erməniçiliyi ümumiyyətlə, müəmmalı və çox zaman çətin başa düşülən anlayışdır. Nə səbəbdən bütün erməni xalqı uşaqdan qocaya kimi "Böyük Ermənistan” mərəzinə yoluxub? Nə üçün ermənilər "əzabkeş, müdrik, ən qədim xalq” qiyafəsində məzlum rol oynamaqla yanaşı, həm də nasizm ideyalarını iliklərinə hopdurublar?

Erməni diasporunun ən güclü dayaqları əsasən 3 ölkədə - ABŞ, Fransa və Rusiyadadır. Hər üç ölkənin Qafqazda tarixi maraqları var. Məhz bu ölkələrdə "Böyük Ermənistan” ideyası, "zavallı xalq” və "erməni genosidi” haqqında əfsanələr daha ucadan səsləndirilir. O da sirr deyil ki, ermənilərin böyük ölkələrdə güc və təhlükəsizlik qurumları ilə bir neçə əsrlik əməkdaşlıqları mövcuddur. Məsələn, Paşinyan hakimiyyətə gələndə Sarkisyan rejimini Rusiyanın, Sarkisyan isə Paşinyanın komandasını Qərbin agentura şəbəkəsinə xidmət etməkdə ittiham edirdi. Hər iki tərəf ittihamlarında özünü haqlı sayırdı. Əslində isə, erməni təbliğat maşını erməni xalqından çox müxtəlif dövlətlərin maraqlarına xidmət edirbir qayda olaraq Türkiyəyə, Azərbaycana qarşı təzyiq mexanizmi kimi tətbiq edilir.

Erməni təbliğatını çökdürmək üçün bir suala cavab tapmaq lazımdır: nə üçün dünya birliyi Ermənistanın monoetnik faşist dövlətinə çevrilməsini qınamır, buna davamlı surətdə göz yumur? Necə olur ki, ermənilər bütün dünyaya səpələnir, yüksək mövqelər əldə edirlər? Njdeyə heykəlin ucaldılmasını, faşist ideologiyasının dövlət ideologiyasına çevrilməsini hansı dövlət qınamışdır? Nə ücün erməni faşist ideologiyasına dünyanın inkişaf etmişdemokratik dəyərlərə sadiqliyini bəyan edən ölkələrdə göz yumulur?

Faşizm mahiyyət etibarı ilə bir ideologiya kimi əbədi düşmən axtarışındadır. Ermənilərin "düşmən”ləri isə həndəvərdədir, qonşularıdır. Monoetnik faşist dövləti bu düşmənçiliyi əbədiyyətə qədər davam etdirəcək, ona görə ki, faşizmin mahiyyəti bundan ibarətdir. Bu, erməni xalqına lazım deyil, amma erməni diasporunun təmsilçiləri yaşadıqları ölkələrdə erməni nasizmini oxşayıb əzizləməklə nüfuz sahibinə çevrilir, əlavə xal qazanır, mövqelərini gücləndirirlər. "Əzabkeş, zavallı xalq” surəti cilalanıb dəstək aldıqca ermənilər ərazi iddialarında daha ədalı, daha iştahalıdırlar. Əlbəttə "Böyük Ermənistan” ideyasının ermənilərə xeyrindən çox, ziyanı var. 100 ilə yaxın zaman ərzində dəfələrlə hayları hayastana haraylayan Ermənistana gələn yoxdur, əksinə, hamı, o cümlədən, gələnlər də buranı atıb gedirlər. Hakimiyyətlər dəyişir, amma ermənilərin müharibə ritorikası, faşist ambisiyaları səngimir.

Sorosun "demokrat” şinelindən çıxan Paşinyan da Qafqazda yeni müharibə ocağını alovlandırdı. Erməni xalqı nəsə qazanmaq əvəzinə oyuncaq rejimin qurbanlıq qoyununa çevrildi. Bütün bu məsələlər üçüncü cəbhə üçün aktual mövzulardır.

Beləliklə, ermənilərin uydurma soyqırımı, "Böyük Ermənistan” və "əzabkeş xalq” məhfumları Qafqazda milli zəmində münaqişələrin dərinləşməsinə xidmət edir. Erməni təbliğatı üçbaşlı əjdaha kimi aramsız olaraq od püskürməkdə davam edir.

İnformasiya məkanında ermənilərin mübarizə üsulları da "orijinal”dır. Onlar rəqibləri ilə polemika ruhunda yox, hədə və terror dilində danışırlar. Erməni diasporunun və ideologiyasının əleyhinə yazan istənilən şəxs onların qatı düşmənidir. Və yeri gəlsə, opponentlərini məhv etmək üçün müxtəlif addımları atmağa qadirdirlər. Erməni transmilli terrorizmini araşdıran rusiyalı politoloq Oleq Kuznetsovu dəfələrlə həbs etdirmək istəyiblər, məhkəmələrdə süründürüblər. Erməni diasporu bu taktikanı güclü olduğu bütün ölkələrdə tətbiq edir. Onlar opponentlərini təqib, hədələyir və imkanları çatdıqda məhv etməyə çalışırlar.

Bu qarşıdurmada ermənilərin informasiya resurslarına qalib gəlməyin, onları üstələməyin yolları varmı? Əlbəttə, var. Amma məsələ bundadır ki, erməni təbliğatı əsrlərdir yalan üstündə qurulur, demək olar ki, onlar mübarizə arenasında həmişə tək olublarnadir hallarda ciddi rəqiblərlə üzləşiblər. Yalanları əsrlər boyu həqiqət, təcavüzə məruz qalan "əzabkeş xalq”ın iztirabları kimi qəbul edilib. Məhz belə pərdənin arxasında erməni xalqının aparıcı qüvvəsi faşist ideologiyasına yoluxub. Nasizm mərəzinə düşən erməni ideoloqları, politoloqları və hətta siyasi xadimləri istəsələr belə, demokratik dəyərlərə yiyələnə bilməyəcəklər. Ona görə ki, bu dəyərlərə baş əymək faşist ideologiyasından imtina etmək, işğalçılıq ambisiyalarından əl çəkmək deməkdir. Sorosun "demokratdeyib göbəyini kəsdiyi Paşinyan belə faşist ideologiyasına sadiq qalacaq. Onu yerinə yalnız məğlubiyyət otuzdura bilər!

Belə olan halda üçüncü cəbhədə dünya erməniçiliyinə, erməni məlumat resurslarına qalib gəlməyin ən sadə yolu birlikdir. Baxmayaraq ki, ermənilər də rəqiblərini həmişə təkləməyə çalışırlar, yəni opponentlərinin üzərinə birləşib sürü ilə hücum edirlər.

Artıq xeyli vaxtdır ki, müxtəlif ölkələrdə yaşayan türkdilli xalqlar fəaliyyətlərini birləşdirməyə və bir məqsədə fokuslanmağa başlamışlar. Ermənilərin informasiya resurslarından yalan məlumatlar toplanılır, təcili araşdırılır və vaxtında ifşa edilir. Bu, böyük işlərin ilk dalğası olsa da, informasiya resurslarında Ermənistan tədricən sıxışdırılır, Dağlıq Qarabağ mövzusunda erməni monopoliyası aradan götürülür.

Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar diaspor fəaliyyətinin də güclənməsinə səbəb olmuşdur. Müxtəlif ölkələrdəki diaspor təşkilatlarımız Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qınanılması, təxribatlarla bağlı məlumatların daha geniş kütləyə çatdırılması istiqamətində mühüm işlər görürlər. Lakin unutmaq lazım deyil ki, bu, uzunmüddətli mübarizədir və durmaq olmaz.

Birinci xanım Mehriban Əliyeva "Instagram” səhifəsindəki müraciətində yazır: "Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram! Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir!”

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2020.-15 oktyabr.- S.1; 10.