Daha bir qələbə: TAP-ın tikintisi başa çatdı

 

Bu kəmər Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq

 

Daha bir qələbəmizin müjdəsini aldıq. Bu, Azərbaycanın neft-qaz tarixində qazanılan, bir-birinin ardınca gerçəkləşən qlobal layihələr salnaməsinə yazılan bir qələbədir. Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisi yekunlaşıb.

TAP Azərbaycanın təşəbbüsçüsü və aparıcı qüvvəsi olduğu "Cənub qaz dəhlizi” layihəsinin ayrılmaz hissəsi, dörd seqmentindən sonuncusudur. Bu kəmər Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşıyacaq 3500 kilometrlik "Cənub qaz dəhlizi” üç kəmərdən - CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-dan ibarətdir.

TAP "Şahdəniz-2” qazını Yunanıstanın və Albaniyanın ərazisindən, Adriatik dənizinin altından keçirərək İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdıracaq. Belə ki, TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçirsonuncu hissəsi İtaliya torpağında quru sahəyə çıxır. Burada kəmər "Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşir.

TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Həmin vaxtdan da tikinti işlərinə başlanıb. Kəmərin çəkilişi inşaatçılardan böyük səriştə və məsuliyyət tələb edib. Çünki xəttin keçdiyi yol fərqli coğrafi şəraitdə yerləşir. Marşrut boyu kəmərin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdədir. Ən yüksək hissəsi isə Albaniya dağlarında 1800 metrə çatan zirvələrdən keçir.

TAP-ın bir sıra yerüstü obyektləri, məsələn, ölçmə və kompressor stansiyaları da var. Tikinti işlərinin çətinliyi həm də onunla bağlı idi ki, digər kəmərlərdən fərqli olaraq, TAP-ın bir hissəsi suyun altından keçir. Xəttin diametri əsasən 48 düymdür, yalnız dənizdən keçən hissəsində 37 düymlük borular düzülüb.

TAP-ın tikintisinin uğurla başa çatması bir daha sübut edir ki, "Şahdəniz” konsorsiumu Azərbaycan qazını Avropaya nəql etmək üçün iddialı olan 4 kəmərdən məhz bu xətti seçməkdə heç də səhv etməyib. Konsorsium bu seçimi hələ 2013-cü ildə edib.

Seçim prosesində TAP səkkiz şərtə görə üstünlük qazanıb. Bunlardan birincisi kəmərin kommersiya səmərəliliyidir. İkinci, üçüncü dördüncü əsas şərtlər layihənin icra mümkünlüyü, həmçinin maliyyə baxımından icra mümkünlüyü texniki layihələndirmədir. Daha bir vacib məsələ kimi tənzimləmə şəffaflıq götürülüb. Altıncı amil kəmərin təhlükəsizliyi səmərəli istismarının mümkünlüyüdür. TAP eləcə digər kəmərlərdən genişləndirmə imkanlarının olduğuna görə fərqlənir. Nəhayət, qiymətləndirmə zamanı ictimai maraqlarla bağlı faktorlar da nəzərə alınıb.

TAP-ın səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A.” (20 faiz), "Fluxys” (19 faiz), "Enagas” (16 faiz) "Axpo” (5 faiz) şirkətləridir.

Layihənin uğurla tamamlanmasında Azərbaycanın rolu şəksizdir. Bu işdə "Cənub qaz dəhliziMəşvərət Şurasının 2015-ci ildən başlayaraq ildə bir dəfə Bakıda keçirilən iclasları mühüm əhəmiyyət daşıyıb. Belə ki, bu toplantılarda "Cənub qaz dəhlizi”nin digər seqmentləri kimi TAP-ın reallaşmasında ortaya çıxan məsələlər geniş müzakirə olunub layihə iştirakçılarının birgə səyi ilə həll edilib.

Məşvərət Şurasının 6 toplantısının hamısına məhz Bakının evsahibliyi etməsi onu da təsdiqləyir ki, Azərbaycan layihənin aparıcı qüvvəsidir. Bu həm ölkəmizin yaratdığı mükəmməl beynəlxalq əməkdaşlıq tərəfdaşlıq platformasının təsdiqi, Prezident İlham Əliyevə dünyada bəslənən hörmətə aydın misaldır. Odur ki, ölkəmizin, regionun Avropanın enerji təhlükəsizliyində önəmli əhəmiyyətə malik olan "Cənub qaz dəhlizi”nin sonuncu hissəsinin yekunlaşması həm bizim, həm Azərbaycan qazını gözləyən bütün ölkələr, layihədə tərəfdaşlıq edən şirkətlər üçün mühüm hadisə kimi dəyərləndirilir. O cümlədən, TAP-ın səhmdarlarından biri olan BP şirkətindən bildirirlər: "Bir səhmdar şirkət olaraq, Azərbaycanın digər aidiyyətli hökumətlərin, Avropa Komissiyasının, dövlət özəl sektordan olan maraqlı tərəflərin bir sıra beynəlxalq maliyyə qurumlarının "Cənub qaz dəhlizi”nin işlənməsi, tikintisi Avropaya qaz nəqli komponentlərinin birləşdirilməsi üçün uzunmüddətli səylərinin uğurla başa çatması haqqında Trans-Adriatik Boru Kəmərinin açıqlamasını alqışlayırıq”.

Trans-Adriatik Qaz Boru Kəmərinin operatoru olan TAP AG şirkətinin məlumatına görə, boru xətti Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı təbii qazın qəbulu terminalına qədər mavi yanacaqla artıq doldurulub. Hazırda TAP ticari əməliyyatların başlanması ISO-lara uyğun olaraq bazara potensial təklif edilməsi üçün hazırlıq işlərini yekunlaşdırır. TAP-la Puglia (İtaliya) şəhərindəki "Snam Rete Gas” təbii qaz ötürmə sistemi arasındakı əlaqələndirmə hissəsinin bu il noyabr ayının ortalarına qədər tamamlanması qaz nəqlinə hazır vəziyyətə gətirilməsi gözlənilir.

Xatırladaq ki, TAP xətti İtaliyada bitməsinə baxmayaraq, gələcəkdə Azərbaycan qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Layihə üzrə kapital xərclər 4,5 milyard avrodur. Kəmərin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq. Bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2020.- 15 oktyabr.- S.1; 10.