Cəbhəyə uzaq, savaşa yaxın kəndimiz

 

 

Quba rayonunda, doğma kəndimiz Xucbaladayam. Hamı xəbərlərə baxır, dövlət başçısının müsahibələrinə qulaq asır ürəklərindən tikan çıxır. "Kişidir, ermənilərin dizini qatladı, halal olsundeyib qəlbən sevinir. Bax beləcə, dağ yamacının sinəsində qərar tutan 1600 illik tarixə malik bu kənddə hər evdə müharibənin ab-havası duyulur.

Burdan paytaxta baxanda Ali Baş Komandandan sıravi əsgərə kimi hamının bütün varlığı ilə müqəddəs Qələbəyə kökləndiyini aydın görürsən. Xucbala kəndi qanlı amansız döyüşlərin getdiyi Qarabağdan qədər uzaq olsa da, kiminlə danışsan, kəlmə kəssən anlayırsan ki, uşaqdan böyüyə hər kəs ruhən səngərdədir. Azərbaycan xəritəsinə kiçicik bayraq kimi sancılan Xucbala da döyüşdədir. Kənddə övladı, qardaşı, yaxını, qohumu müharibədə olmayan yoxdur, təxminən 50-dən yuxarı həmkəndlim əsgər zabit müqəddəs Vətən müharibəsindədir.

Son illər Azərbaycan müdafiə qüdrətini gücləndirdikcə, ordunu müasirləşdirdikcə, əsgər zabitlərin sosial qayğılarına diqqəti artırdıqca insanların qəlbində Milli Orduya rəğbət birə yüz artmışdır. Yaxşı yadımdadır: 1992-ci ildə Qarabağ döyüşlərinin ağır vaxtında kəndimizdə elələri var idi ki, müharibəyə əsgər yığan OMON-un əlindən qaçıb gizlənməklərindən cəngavər kimi danışardılar. O vaxt hamı özünü düşünürdü. Çünki ordu yox idi.

Bu gün isə qüdrətli Azərbaycan Ordusu hamımızın qəlbinə hakim kəsilib. Hamımız onunla öyünürük, onun gücü möhtəşəmliyi ilə fəxr edirik. Məhz bunun sayəsində ölkədə peşə kimi hərbi seçənlərin sayı on minlərlədir.

Orduya dəyişən münasibət Xucbalada da hiss olunur. Kənd sakini Müşfiqin bir oğlu döyüş bölgəsindədir, o biri oğlu Hərbi Akedemiyanın kursantıdır. Ümumiyyətlə, son 10 ildə Xucbalada çoxları talelərini hərbə bağlayıb. Onların arasında müddətdən artıq xidmət edənlər, zabitlər var bu gün əksəriyyəti döyüş bölgəsindədir. Hamı onların qələbə ilə qayıtmasını gözləyir. Hamı gözü yolda, ürəyi səksəkədə yalnız bir xəbəri - Qələbə müjdəsini gözləyir.

Kənddə uşaqdan böyüyə kiminlə kəlmə kəsdiksə, gördük ki, müharibə sanki uzaqda, ölkənin o biri başında deyil, səngərlərimiz yalnız Qarabağdakı mövqelərimizdən yox, həm hər birimizin içindən, ürəyindən keçir.

7-ci sinif şagirdi Dilbər anasını erkən itirdiyi üçün dövlətdən müavinət alır. O, bu ayın pulunu Azərbaycan Ordusuna göndərib: "Əmi, 68 manatlıq isti corablar, papaqlar aldım, məktəbimizdən cəbhəyə göndərdim. Onlar mənim qardaşlarımdır, qoy üşüməsinlər davada”.

Kəndimiz böyüdüyü üçün camaat öz arasında onu üç məhəlləyə bölüb - Yuxarı, Orta Aşağı məhəllələrə. Hər məhəllədən 10-15 adam döyüşlərdədir.

Ramilin oğlu təzə əsgər gedib. Oqtayın sinif yoldaşım Əliağanın övladları, Ağasəfin iki oğlu, Muradın üç oğlu münaqişə bölgəsindədir. Camaat deyir ki, aslan kimi uşaqlardır, dəyirmanın boğazından ölü salsan diri çıxarlar. Biri yaralanıb. Güllə qarnından necə dəyibsə, xoşbəxtlikdən daxili orqanlarını zədələməyib. Uşaq bir-iki gün yatıb, sonra səngərə qayıdıb ki, qalanı döyüşdə sağalacaq. Cəsurluğun həddi-hüdudu olmazmış...

Narıncın iki oğlunun ikisi müharibə bölgəsindədir. Qapısına getdik ki, hal-əhval tutaq. Dedilər, Bərdədir. Demə, Narıncın bir oğlu Qafar Bərdədən qız alıb. Evlənib, ailə qurub, elə orda da yurd salıb. Ermənilər cəbhə rayonlarını bombardmana başlayanda Narınc ananın ürəyi dözməyib, Bərdəyə yola düşüb ki, gəlini, nəvəsi tək qalmasın. Zəng etdik ki, danışaq, dediyi söz tək bu oldu: "Mən deyim ki, balama bir köynək yaxın gəlmişəm, qalanları televizordan görürsünüz”.

Kəndimizdən 1992-ci ildə Qarabağ döyüşlərində iştirak edənlər olub. Onlardan biri Xosrov Ələkbərovdur. 4 il müharibədə olub. Ondan o dövrün ordusu ilə bugünkü ordumuzun fərqini soruşduq.

- Müqayisə etmək mümkün deyil! Fərq yerlə göy arasındakı qədərdir. 1992-ci ildə kimin əlində avtomat vardısa, özünü aslan sayırdı. Başqa silahları demirəm. Amma hər əsgərdə avtomat olmazdı. Təchizat, arxa cəbhə ilə əlaqə, döyüş sirlərinin qorunması yox dərəcəsində idi. Döyüş bölgəsində, sərhədyanı əhali arasında panika çox güclü idi. Qaçırdılar. Heç kimin güvənən yeri yox idi. İndi vəziyyət fərqlidir. Avtomat bir yana qalsın, pulemyotdan, qumbaraatandan danışan yoxdur. Azərbaycan Ordusu misli görünməmiş intellektual müharibə aparır. Bu döyüşlərə bütün dünya təəccüblə, az qala qeyri-adi hadisə kimi baxır. Heç kimin ağlına gəlməzdi ki, ordumuz 20-30 ildə bu dərəcədə yenilməz güclü olar. Oğlum Əli bu dəqiqə ən ağır döyüşlər gedən yerdə vuruşur. Arxayınam, əminəm görürəm ki, Ali Baş Komandan hər bir əsgərin həyatını qorumaq üçün əlindən gələni edir.

Müharibədən uzaq bu kənd sanki döyüşlərin içindədir. Əslinə qalsa, bütün Azərbaycan müqəddəs savaşdadır. Qələbə bizim alnımıza yazılıb. Onu qazanmaq üçün neçə illərdir kifayət qədər qurbanlar vermişik. Bu gün Azərbaycan əsgərinin barmağı tətiyin üstündə müharibənin Qələbə simfoniyasını çalır. Qanunsuz erməni terror dəstələri isə Paşinyanın dirijorluğu altında "Əlvida, Qarabağadlı matəm marşının sözlərini əzbərləyir.

 

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2020.-17 oktyabr.- S.9.