Təcavüzkarın ona yaradılan son şansdan da əli üzüldü
Ermənistan Gəncəyə,
Azərbaycan isə hərbi-siyasi müstəvidə
işğalçıya ağır zərbə endirdi
Azərbaycan hələ əks-hücum əməliyyatından əvvəl Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə beynəlxalq arenada alt-üst etməyi bacardı. 2020-ci ilin iyul təxribatından istər əvvəl, istərsə də sonra Azəbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətini ifşa etdi. Təcavüzkarın Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi.
Sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində başlanan hərbi əməliyyatlar dövründə Prezident İlham Əliyev nüfuzlu beynəlxalq televiziya kanallarına müsahibələr verərək, əsl həqiqəti dünya xalqlarının diqqətinə çatdırdı. Bunun bir sıra səbəbləri var. Öncə Azərbaycan Prezidenti bununla qarşı tərəfin yalan, böhtan, iftira, saxta göz yaşları üzərində qurduğu informasiyalarının qarşısını aldı. Daim sülh danışıqlarını pozan, lakin bunu Azərbaycanın üzərinə çamur kimi atmağa çalışan Ermənistan bu dəfə havadarlarının da dəstəyindən məhrum olduğunu hiss etdi. Son vaxtlar gözlədiyi ünvanlardan istədikləri şəkildə maddi-mənəvi, eləcə də hərbi dəstək almadığı üçün daha da aqressivləşən Ermənistan bir növ taym-auta düşdü. Bu həm də Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti ilə bağlı hüquqi, siyasi, mənəvi və digər amillərin Azərbaycan Prezidenti tərəfindən bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının, haqlı mövqeyimizin ortaya qoyulmasının nəticəsidir.
Ali Baş Komandan kimi Prezident İlham Əliyevin eyni vaxtda həm döyüş, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə etməsi göz qarşısındadır. Prezident İlham Əliyev "CNN International”, "CNN-Türk”, "Sky News”, "Euronews”, "Əl-Cəzirə”, "Əl-Ərəbiyə”, Türkiyənin nüfuzlu "TRT Haber”, Rusiyanın aparıcı "Rossiya-1”, "Pervıy Kanal”, RBK televiziya kanallarına müsahibələrində Azərbaycana qarşı "feyk-nyuslar”ı ifşa etməklə, təcavüzkar Ermənistanın yalan, şər-böhtan, saxtakarlıq üzərində qurulmuş informasiya maşınına ağır zərbə vurdu.
Bu da müharibənin yazılmış və ya yazılmamış qanunlarından biridir. Yəni qarşı tərəfin niyyətlərini və gerçəklikləri dünyaya çatdırmaq qələbədə mühüm amillərdəndir.
Sosial şəbəkə resurslarından istifadə edən ermənipərəst elektron KİV-də Ermənistanın saxta informasiyaları özünə yer almamış Azərbaycan öz həqiqətlərini, məqsəd, məram və niyyətini ortaya qoydu: biz özgəsinin torpaqlarında döyüşmürük. 30 ilə yaxındır ki, təcavüzkarın işğalına məruz qalan tarixi ərazilərimizi terrorçulardan, quldurlardan - Ermənistanın silahlı qüvvələrindən azad etməklə, regiona və dünyaya sülh gətirmək istəyirik. Bu həm də Azərbaycanın haqq işi, eyni zamanda beynəlxalq səviyyədə sülhün, təhlükəsizliyin təminidir. Hansı ki, bunu nə ATƏT-in Minsk qrupu bacardı, nə də qəbul etdiyi 4 qətnaməsinin icra mexanizmi olmayan BMT Təhlükəsizlik Şurası. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev isə məhz bu baxımdan məsələlərə operativ müdaxilə etməyə məcbur oldu.
Oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verərkən bəyan etdi ki, biz dayanmamışıq, axıra qədər gedəcəyik. Əgər erməni tərəfi atəşkəs rejiminə sadiq olarsa, siyasi nizamlama mərhələsi başlanacaq, danışıqlara məcburetmə fazası başa çatacaq. Buna görə biz istənilən halda axıra qədər gedəcəyik. Bizim məqsədimiz dəyişməz olaraq qalır: "Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi, azərbaycanlıların əvvəlki, ənənəvi yaşadıqları yerlərə, o cümlədən Şuşaya, Dağlıq Qarabağdakı digər yaşayış məntəqələrinə və əlbəttə, keçmiş DQMV-nin inzibati hüdudlarından kənardakı bütün başqa ərazilərə qaytarılması. Buna görə bizim məqsədimiz dəyişməz qalır. Sadəcə bu məqsədə doğru necə getməliyik? Biz həmişə siyasi yolla getməyə çalışmışıq, həmişə də eşitmişik ki, hərbi həll yoxdur. Biz sübut etdik ki, bu, belə deyil. Biz döyüş meydanında göstərdik ki, bu, belə deyil. Göstərdik ki, hərbi tərkib hissəsi olmasa, bu danışıqlar daha 30 il davam edərdi”.
Dövlət başçısının vurğuladığı kimi, Ermənistan rəhbərliyində axır ki, başa düşməlidirlər: Azərbaycanla ultimatumlar, təhqirlər və şantaj dilində danışmaq olmaz! Paşinyan Azərbaycana 7 ultimatum təqdim edib xalqımızın heysiyyəti ilə oynayanda düşünməıi idi ki, bunun bədəlini ödəyəcək, hərbi-siyasi müstəvidə cəzalandırılacaq. Buna görə hələ də o təhqirinin cavabını almaqdadır. Ona görə Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, yalvarmadığı, qapısını döymədiyi, telefon zəngləri ilə zəhləsini tökmədiyi dövlət rəsmiləri qalmadı. Bu, xüsusən Rusiyanın Prezidenti V.Putinə davamlı şəkildə etdiyi zənglərdə özünü təsdiqlədi.
Dövlət başçısı oktyabrın 12-də Türkiyənin "Haber Global” televiziya kanalına müsahibə verəndə də bir daha təcavüzkarın öz layiqli cəzasını axıra kimi alacağını gizlətmədi: "Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, yaxud da ki, şəhər olsun. Təpə olsun, dağ olsun - o, kənddən, şəhərdən daha önəmlidir. Şəhərlərə biz onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır. İndi Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. Şəhərdə də biz varıq. Amma şəhərə girək-girməyək, o, başqa məsələdir. Bizim qarşımızda indi belə bir siyasi vəzifə yoxdur ki, mütləq bu gün oranı elan edək, sabah oranı elan edək”.
Ali Baş
Komandanın bəyan etdiyi kimi,
artıq bu gün nə
status-kvo var, nə də
təmas xətti. Ermənilərin öz
işğalçı, terrorçu
silahlı quldur dəstələri
haqqında uzun illər uydurduğu
yenilməz ordu əfsanəsi isə
darmadağın edilib. Azərbaycan Ordusu özünün
müzəffər yürüşləri, terrorçulara
dərs verməkləri ilə kimin nəyə
qadir olduğunu
göstərdi. Qısa vaxt ərzində
bir-birinin ardınca şəhər və
kəndlərimizi, onlardan daha
strateji əhəmiyyətli olan yüksəklikləri
işğalçılardan azad etməklə
sülh danışıqlarının vacibliyini isbatladı. Təəssüf ki, ermənilər və onların baş naziri bunu da anlamadı. Terrorçuluq xislətindən əl çəkməyərək,
Azərbaycan tərəfini yenidən təxribata çəkməyə
can atdı. Əslində, bu
reallıqlarla gərək həm Ermənistan, həm də
onların havadarları, daha geniş mənada, bütün
dünya hesablaşsın: "Bizə dur deyənlər bilməlidirlər ki, yaxşı, biz dura bilərik, biz də
istəmirik ki, qan tökülsün. Amma ondan sonra gərək siyasi proses başlasın.
Siyasi proses başlamasa, biz durmayacağıq.
Mən demişəm,
biz sona qədər gedəcəyik, sona qədər...”
Məsələnin başqa bir tərəfi də ondan ibarətdir ki, həqiqəti söyləmək asan olmur, çünki acıdır. Azərbaycan Prezidentinin beynəlxalq
KİV-ə müsahibəsində də göstərdiyi qətiyyət, cəsarət
məhz həqiqətə
söykəndiyi üçün
hədəfə çatırdı.
Ermənistanın baş nazirinin
isə dəfələrlə
tele-müsahibələrində çaşması, ilk növbədə,
uydurmağa çalışdığı
yalanlarla bağlıdır.
Hətta
N.Paşinyan fikrini ifadə edə bilmədiyi üçün
Dağlıq Qarabağın
Azərbaycan ərazisi
və işğal edilməsi fikrini də dilə gətirdi. Bu, əlbəttə, Azərbaycan
Prezidentinin rəqib üzərindəki diplomatik
qələbəsinin nümayişi
idi.
Bəzi ermənipərəst KİV-in təxribat xarakterli suallarına təmkinlə, soyuqqanlı, lakin tutarlı faktlarla cavab verən Azərbaycan Prezidenti siyasi müstəvidə güclü diplomat, Ali Baş Komandan kimi isə ön cəbhədə düşmən üzərinə əks-hücuma keçən sərkərdə təsiri bağışlayır. Azərbaycan Prezidentinin təmkini ilə yanaşı, səbrimizin hüdudunun olmasını göstərən anlar da xalqımızın iradəsinin ifadəsi kimi qəbul edilir. Nəinki öz xalqına, hətta daim ermənilərə arxa-dayaq olan müttəfiqlərinə də həyəcan yaşadan Ermənistan rəhbərliyinə layiq olduğu ifadələrlə öz yerini göstərməsi diqqətdən yayınmayan məqamlardı.
Hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı ilə istənilən ağır şəraitdə, taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin təşkili ilə bağlı şəxsi nümunəni ortaya qoyan dövlət başçısının istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın ürəyindən xəbər verir. Çünki xalqın sözünü və mövqeyini ifadə edir. Bu müsahibələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi öz iradəsini ən layiqli şəkildə müdafiə etmək qabiliyyətinə malik lider kimi görür, inanır, güvənir və tam dəstəkləyir.
Onu da qeyd edək ki, təcavüzkarın ona yaradılan son şansdan da əli üzüldü. Ermənistan Gəncəyə, Azərbaycan isə hərbi-siyasi müstəvidə işğalçıya ağır zərbə endirdi. Prezident İlham Əliyevin döyüş və informasiya cəbhəsində əldə etdiyi qələbələr həm də onun təsdiqidir ki, dövlət başçısı bütün addımlarında Azərbaycan xalqının dərin inamına əsaslanaraq hərəkət edir və bu etimadı layiqincə doğruldur.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2020.-17 oktyabr.- S.10.