Baş Nazir Əli Əsədov Türkiyənin
Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 15-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı barədə son məlumatlar verilib.
Xüsusi vurğulanıb ki, təxribatın ilk saatlarından etibarən qardaş Türkiyə bütün səviyyələrdə bu xain təcavüz aktını qətiyyətlə pisləyib və hər zaman Azərbaycanın yanında olduğunu bəyan edib.
Türkiyə
Respublikasının Prezidenti və Vitse-prezidentinin, müvafiq
dövlət qurumlarının rəhbərlərinin, parlament üzvlərinin və ümumiyyətlə,
bütün qardaş
türk xalqının Ermənistanın təcavüz
aktına qəti və birmənalı münasibət bildirməsi
Azərbaycanın öz haqq
işində yalnız olmadığının göstəricisi
kimi qiymətləndirilib.
Azərbaycan.-
2020.-16 oktyabr.- S.3.