Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

Biz hazırda Azərbaycandakı vəziyyəti böyük narahatlıqla izləyirik. Tariximühüm əhəmiyyətli Gəncə şəhərində mülki şəxslərin həlak olması ilə bağlı xəbərlər ciddi narahatlıq doğurur.

Biz kənar qüvvənin beynəlxalq hüququ kobud şəkildə pozaraq ölkənizin ərazisini işğal etməsi və beynəlxalq təşkilatların buna lazımi reaksiya göstərməməsi ilə bağlı məyusluğun nə olduğunu Ukraynada yaxşı başa düşürük.

Cənab Prezident, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvləri olaraq Sizin yanınızdayıq. Biz bu problemlə bağlı təbliğat işlərinin aparılması məqsədilə lazımi tədbirləri əlaqələndirmək üçün həmsədrlərimiz və baş katibimizlə sıx əməkdaşlıq edirik.

Ölkəniz və xalqınız üçün dua edirik.

Dərin hörmətlə,

 

Viktor Yuşenko

2005-2010-cu illərdə Ukraynanın Prezidenti

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

 

Katerina Yuşenko

2005-2010-cu illərdə Ukraynanın birinci xanımı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü

 

Azərbaycan.- 2020.- 16 oktyabr.- S.4.