Biz
qisasımızı döyüş
meydanında alırıq!
Ermənistan
Gəncədə növbəti qəddar müharibə cinayəti
törətdi
Əslində
düz 30 il idi ki, biz hər səhərimizi cəbhədən
bəd xəbərlərlə açmağa öyrəşmişdik.
Bu qanlı sabahlarda
çox acılar, faciələr bir-birini əvəz etmişdi.
Erməni vəhşilərinin xalqımıza qarşı
törətdiyi qan donduran
əməllər dayanmaq, durmaq
bilməmişdi.
Biz bəşər tarixində bənzərinə rast gəlinməyən Xocalı soyqırımı kimi tüklər ürpədən bir faciə ilə üz-üzə qalmışdıq. Doğma yurdlarımızdan qovularaq Qarabağa həsrət qalan bir milyondan çox qaçqına, köçkünə çevrilmişdik. Amma haqsızlıq görsək də, zülmlə qarşılaşsaq da, heç bir zaman insanpərvərliyimizdən əl çəkməmiş, qan tökülməsinə razı olmamışıq. Biz hər zaman sülhə tərəfdar çıxmışdıq...
Çifayda...
Qarşımızdakı düşmən genetikasında qəddarlıq, qaniçənlik, xainlik, namərdlik kimi naqis hisslərin kodlaşdırıldığı erməni idi...
Hünər meydanında, açıq döyüşlərdə hər zaman qorxaraq qaçan, Azərbaycan əsgərinin adı gələndə zağ-zağ əsən riyakar, hiyləgər, xain erməni gücünü yalnız silahsız, müdafiəsiz insanlar üzərində sınamağı üstün tutub. Gizləndikləri məkr yuvalarından gündüz çıxmağa cəsarətləri çatmadığı üçün, həmişə xain pusqunu gecələr qurublar, günahsız insanlara yatdıqları yerdə namərd hücumlar ediblər.
Elə
27 sentyabrdan etibarən də onların bu şərəfsiz və
namərd hücumlarının şahidi olmuşuq.
Mənfur
ermənilər tezliklə ədalət divanı
qarşısında cavab verməli olacaq
Artıq iyirmi gündən çoxdur ki, dövlət siyasəti faşist ideologiyasına köklənmiş Ermənistan hər gün beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror törədir.
Özlərinin yalvarışları sayəsində Moskvada razılaşdırılıb elan edilmiş humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı bölmələri gecə-gündüz yaşayış məntəqələrimizi atəşə tutur. Burada onu da vurğulayaq ki, erməni siyasi qüvvələri razılaşdırmanın prinsiplərinə həm də ona görə əməl etmək istəmirlər ki, meyitlərin yığışdırılmasını həyata keçirərlərsə, bu zaman real itkilərini gizlədə bilməyəcəklər və feyk xəbərlərlə birtəhər başını qatdıqları sadə erməni xalqına cavab verməli olacaqlar. Amma unudurlar ki, tezliklə onsuz da Azərbaycan Ordusu bu qaniçən quldurları həm beynəlxalq qanunlar, həm Azərbaycan, həm də erməni xalqı qarşısında ədalət divanına çəkərək törətdikləri vəhşi əməllərin hesabını verməyə məcbur edəcək.
Qəddar
düşmən əzici məğlubiyyətinin hikkəsini
məsum uşaqlardan çıxarmaq istəyir
Haqq qarşısında cavab verəcəyini çox gözəl anlayan və axırlarının yaxınlaşdığını hiss edən erməni mənfurlarının son cəhd kimi azğın hərəkətlər etməsi və dinc əhalini hədəf alması xislətlərinə xas davranışdır. Elə buna görədir ki, Azərbaycan əsgəri düşmənin yalnız hərbi obyektlərini nişan aldığı halda, erməni silahlı qüvvələri həm cəbhəboyu rayon və kəndlərimizi, həm də cəbhə zonasından uzaq məsafədə yerləşən şəhərlərimizi ağır artilleriya və raket atəşinə tutur, nəticədə içərisində azyaşlıların da olduğu mülki şəxslər yaralanır, həlak olur, evlər və sosial obyektlər dağıdılır.
Bəli, qəddar düşmən cəbhədəki əzici məğlubiyyətinin hikkəsini məsum uşaqlardan, qocalardan, əliyalın insanlardan çıxmaqla soyutmaq istəyir.
Humanitar atəşkəsdən cəmi bir gün sonra, oktyabrın 11-də gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri, 500 mindən çox əhalisi olan və cəbhə xəttindən kilometrlərlə uzaqda yerləşən Gəncəni bombardman etməsi də bu qəbildən olan qanlı əməllərinin davamı oldu. Erməni vandalları yenə günahsız insanlara qarşı soyqırımı törətdi.
Oktyabrın 15-də günorta saatlarında isə erməni faşistləri daha bir insanlıq suçu ilə dünya tarixinə adlarını qara hərflərlə həkk etdilər. Dəfn mərasimi zamanı məzarlığı atəşə tutaraq mülki şəxsləri öldürdülər.
Onların törətdikləri bu alçaq əməlləri isə dünyanın heç bir lüğətindəki sözlə ifadə etmək mümkün deyil. Görünür, dirilərin qanını içməkdən doymayan erməni caniləri məzarlıqları, ölüləri hədəf alaraq ürəklərini soyutmağa çalışırlar...
Qatil ermənilər Gəncədə
daha bir terror törətdi
Dünən səhər isə Azərbaycan xalqı Gəncə şəhərində
qatil ermənilərin
daha bir terror hadisəsi törətməsi
xəbəri ilə oyandı. Namərd düşmən yenə də gecə saatlarında mülki insanları hədəf almışdı.
Ermənistan silahlı
qüvvələrinin oktyabrın
17-si gecə saat 01 radələrində cəbhə
zonasından kənarda
yerləşən Gəncənin
mərkəzi hissəsini
bombardman etməsi nəticəsində aralarında
uşaqların da olduğu 13 nəfər həlak oldu,
45-dən artıq şəxs
yaralandı. O cümlədən
çoxsaylı mülki
infrastruktur obyektlərinə,
nəqliyyat vasitələrinə
külli miqdarda ziyan dəydi.
Cenevrə konvensiyalarının, xüsusilə Müharibə
zamanı mülki əhalinin müdafiəsi
haqqında 1949-cu il 12
avqust tarixli Konvensiyanın, Uşaq hüquqları Konvensiyasının
və insan hüquqları sahəsində
digər beynəlxalq sənədlərin müddəalarının
kobud şəkildə
pozulduğu bu müharibə cinayəti erməni vəhşiliyinin
növbəti təzahürüdür.
Bu qanlı terror sırf mülki insanların həlak olmasına yönəlib, çünki raket atılan həmin ərazidə heç bir hərbi obyekt yoxdur.
Dəfələrlə vurğuladığımız kimi,
Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan
azad edilməsi istiqamətində uğurlu
əməliyyatları, Qarabağı
addım-addım erməni
quldurlarından azad etməsi işğalçının
azğınlaşmasına və quduzlaşaraq mülki əhaliyə hücum etməsinə səbəb olur. Düşmən kütbeyin ağlı ilə elə düşünür ki, bu namərd əməlləri ilə Azərbaycan xalqının
əzmini, iradəsini
sındıra biləcək.
Amma bu gün ordumuz parlaq zəfərlər qazanır, Ali Baş Komandanın rəhbərliyi
altında Azərbaycanın
ən şanlı günləri tarixin səhifələrinə qızıl
hərflərlə yazılır. Bu müqəddəs
haqq savaşında isə terrorçu erməninin atdığı
raketlər də, bombalar da, güllələr
də gücsüzdür,
acizdir...
Əslində, erməni cəlladları bu 30 ildə olduğu kimi, növbəti səhərimizin də qara və bəd xəbərlərlə açılmasına hesablanmış namərd plan həyata keçirdi. Gəncəni bir daha vurmaqla ürəyimizə qorxu, vahimə salmağa uğursuz bir cəhd etdi...
Füzuli bizimdir, Qarabağ Azərbaycandır!
Amma dünən səhər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi bir müjdəylə, Azərbaycan xalqının sevincdən göz yaşı tökdüyü, ürəyinin fərəhdən dağa döndüyü möhtəşəm bir qələbə xəbəri ilə açıldı. Ali Baş Komandan xalqa müraciətində bildirdi ki, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!
Prezidentimiz bir daha bəyan etdi ki, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik: "Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Bu, doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi”.
Bəli, Füzulinin işğaldan azad edilməsi faşist Ermənistanın Gəncədə törətdiyi qətliamın qisasının alındığının əyani sübutudur. Və bu qələbələrin davamı olacaq, bütün işğal olunan torpaqlarımızdan düşmən qovulacaq, zorla Azərbaycandan qoparılmaq istənilən Qarabağ azadlığına qovuşdurulacaq.
Azərbaycan xalqının səhərləri bəd, qara xəbərlərlə deyil, azadlıq, qələbə, sevinc müjdələri ilə açılacaq.
Azərbaycan
əsgərinin şücaəti, Ali Baş Komandanın qətiyyətli
siyasəti və xalqımızın həmrəyliyi bundan
sonra gələcək bütün sabahlarımızın
işıqlı, parlaq olacağının rəhnidir...
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.-18 oktyabr.- S.1;7.