Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident İlham Əliyev,
"Azərbaycanın
Dostları” Ermənistanın mülki insanları hədəfə
alaraq Azərbaycanın ikinci ən böyük şəhəri
olan Gəncəyə qarşı həyata keçirdiyi raket
hücumunu və bunun nəticəsində günahsız
insanların həlak olmasını kəskin şəkildə
pisləyir.
Bu
hücum Ermənistan tərəfindən günahsız
insanlara qarşı törədilmiş açıq-aşkar
təcavüz aktıdır və müharibə cinayəti
hesab edilir.
Ermənistanın
atəşkəs haqqında razılaşmanı pozaraq
mülki əhalini davamlı şəkildə hədəfə
alması onun Azərbaycana qarşı yürütdüyü
təcavüzkar planlarının və siyasətinin təzahürüdür.
"Azərbaycanın
Dostları” bu çətin vaxtda Azərbaycan vətəndaşı
və Azərbaycan hökumətinin yanındadır və biz
Azərbaycan Respublikasının torpağı olan
Dağlıq Qarabağla bağlı ölkənizin prinsipial
mövqeyini dəstəkləməkdə davam edəcəyik.
Mən Sizə Gəncə şəhərinə hücum zamanı insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Erməni vəhşiliyi nəticəsində yaralanmış insanlara isə tezliklə şəfa tapmalarını diləyirəm.
Allah Sizi və Azərbaycan xalqını qorusun! Amin.
Səmimiyyətlə,
Malik Ayyub Sumbal
"Azərbaycanın
Dostları” sosial şəbəkəsinin
rəhbəri
Azərbaycan.-2020.- 18 oktyabr.- S.3.