Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

Ermənistan ilə Azərbaycan arasında gərginliyin artmasını, Gəncə şəhərinin davamlı atəşə tutulmasını, insanların, o cümlədən uşaqların həlak olmasını həyəcanla izləyirəm.

BMT Təhlükəsizlik Şurasının 30 il əvvəl qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq, heç nə dəyişməyib. Azərbaycanın mülki əhalisinə və mülki hədəflərinə qarşı həyata keçirilən bu hücumlar beynəlxalq humanitar hüququninsan haqlarının kobud şəkildə pozulmasıdır.

Həmsədrlərimizin sərt bəyanatı ilə yanaşı, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri kimi öz təcrübələrimizdən istifadə edərək kömək göstərməyə hazırıq.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. Dualarımız Sizinlədir.

 

Hörmətlə,

Kirill Qaburiç

2015-ci ildə Moldovanın Baş Naziri

2008-2019-cu illərdə İnfrastrukturİqtisadiyyat naziri

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Azərbaycan.-2020.- 18 oktyabr.- S.3.