Prezidentin köməkçisi:
“Beynəlxalq ictimaiyyəti Ermənistanın cinayət əməllərini
kəskin şəkildə qınamağa
çağırırıq”
Ermənistana qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və bu ölkənin əməllərinin qınanmaması onu yeni cinayətlər törətməyə sövq edir.
Bu
fikri diplomatik korpusun nümayəndələrinin
iştirakı ilə Gəncədə keçirilən
brifinqdə Azərbaycan Prezidentinin köməkçisi –
Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Prezidentin köməkçisi deyib
ki, diplomatların Gəncəyə səfərinin
təşkilində məqsəd Ermənistanın Azərbaycan
xalqına, Gəncə sakinlərinə qarşı törətdiyi
hərbi cinayətlərlə yerində tanış olmaq, bu faktları əyani
şəkildə görməkdir. Real faktlar odur ki,
Ermənistan silahlı qüvvələri Ermənistan ərazisində
olan hərbi hissələrdən və raket-artilleriya bazalarından Azərbaycanın
şəhərlərinə hücumlar həyata
keçirir. Oktyabrın 4-dən Gəncəyə
raket hücumları başlayıb, nəticədə
mülki insanlar
arasında yaralananlar və həyatını
itirənlər var. Bir
həftə əvvəl belə bir xəyanətkar
hücum həyata keçirilmişdi,
Gəncədə əhalinin sıx məskunlaşdığı
ərazi “SCUD” tipli ballistik
raketlə vurulmuşdu. Növbəti belə
hücum bu gecə oldu. Mülki obyektlər və
evlər dağılıb. Ən böyük
faciə odur ki, mülki şəxslər ölüb,
onların arasında uşaqlar da var. Bu
ərazilərdə hər hansı bir hərbi
baza yerləşmir. Ermənistan yalnız
mülki şəxsləri hədəf
alır. Beynəlxalq hüquqa əsasən,
Ermənistanın bu əməlləri
müharibə cinayətidir, mülki insanlara qarşı terrordur.
Bu, 1992-ci ilin
Xocalı faciəsindən sonra Ermənistanın
Azərbaycana qarşı etnik təmizləmə
və soyqırımının başqa məzmunda
həyata keçirilməsidir. Beynəlxalq ictimaiyyəti bu əməlləri kəskin şəkildə
qınamağa çağırırıq. Əgər cinayət
varsa, cəza da
olmalıdır. Bu, dövlətlərarası
münasibətlərdə təmin olunmalıdır. Biz təəssüf hissi
ilə qeyd edirik ki bu günə qədər
Ermənistanın Azərbaycana qarşı
işğalçılıq siyasətinə münasibətdə
beynəlxalq hüququn aliliyi
təmin olunmayıb.
Azərbaycan.-2020.- 18 oktyabr.- S.3.