Hikmət Hacıyev Türkiyə
və Rusiyada akkreditə olunmuş
aparıcı xarici KİV nümayəndələrinə
mətbuat brifinqi verib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Rusiyada akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (BBC, Nikkei, DPA, Deutsche Welle, Al Arabia, RAI, EFE, Reuters, Financial Times, ANSA, Al Jazeera, NBC, New York Times, NRK və s.) videoformatda mətbuat brifinqi verib.
AZƏRTAC
xəbər verir ki, Hikmət Hacıyev humanitar atəşkəsə
əməl etməyən Ermənistan silahlı qüvvələrinin
beynəlxalq hüquqa zidd olan son təxribatları barədə
geniş məlumat verib və 2020-ci il oktyabrın 17-də Gəncə
şəhərinin SCUD/Elbrus əməliyyat-taktiki ballistik
raketlər ilə hədəfə
alındığını diqqətə
çatdırıb.
Prezidentin
köməkçisi mülki şəxslərin və
infrastrukturun Ermənistan tərəfindən davamlı olaraq
bilərəkdən hədəfə
alındığını söyləyib, Gəncədəki
son təxribatlar nəticəsində 2-si uşaq olmaqla 13 nəfərin
həlak olduğunu, 50-dən çox insanın
yaralandığını və 2 uşağın itkin
düşdüyünü təəssüflə bildirib.
Ermənistanın
Naxçıvanın Ordubad rayonuna da raketlə hücum
etdiyini söyləyən Hikmət Hacıyev bununla rəsmi
İrəvan tərəfindən müharibənin
coğrafiyasının genişləndirilməsi istiqamətində
davamlı cəhdlərin olduğunu xüsusilə
vurğulayıb.
Habelə,
Prezidentin köməkçisi Azərbaycan Silahlı Qüvvələrinin
beynəlxalq humanitar hüquqa ciddi əməl etdiyini və
mülki şəxsləri müdafiə etmək
üçün legitim hərbi hədəflərə
qarşı adekvat tədbirlər görmək hüququnu
özündə saxladığını söyləyib.
Daha sonra H.Hacıyev jurnalistlərin
suallarını cavablandırıb.
Azərbaycan.-2020.-
18 oktyabr.- S.3.