Baş prokuror və Fövqəladə Hallar naziri Gəncədə
Ermənistan ordusunun raket
atəşləri nəticəsində dağılmış
əraziyə gəliblər
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində Gəncə şəhərinə yenidən raket atması nəticəsində dağılmış əraziyə gəliblər.
AZƏRTAC-ın
bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki,
Baş prokuror və Fövqəladə Hallar naziri Ermənistan
ordusunun beynəlxalq hüququn norma və prinsiplərini, habelə
humanitar atəşkəs rejimini kobudcasına pozaraq raket zərbələri
endirdiyi ərazilərə, hərbi cinayət nəticəsində
dağılmış yaşayış evlərinə
baxış keçirib, axtarış-xilasetmə işləri
ilə tanış olublar.
Qeyd edək ki, oktyabrın 17-də gecə saat 1 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirilib. Nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.
Düşmənin silahlı
qüvvələrinin Gəncənin mərkəzi hissəsində
yerləşən dinc sakinlərin
yaşayış məntəqələrini raket
atəşinə tutması nəticəsində ilkin məlumata görə, 12 nəfər həlak
olub, 40-dan çox
şəxs yaralanıb, çoxsaylı mülki
infrastruktur obyektlərə, nəqliyyat
vasitələrinə külli miqdarda ziyan dəyib.
Azərbaycan.-2020.- 18 oktyabr.- S.6.