İndiyədək
dağıntılar altından xəsarət almış 52 nəfər
və 13 nəfərin cəsədi çıxarılıb
Xəbər
verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına
pozmaqda davam edən Ermənistan ordusu oktyabrın 17-də gecə
saat 01:00 radələrində döyüş bölgəsindən
tamamilə kənarda yerləşən Azərbaycanın
ikinci böyük şəhəri olan Gəncəyə yenidən
raket zərbələri endirib, böyük dağıntı
və insan tələfatı törədib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki,
Fövqəladə Hallar Nazirliyi
hazırda gücləndirilmiş iş
rejimində fəaliyyət göstərir. Baş
verən hər hansı fövqəladə hadisə ilə əlaqədar
nazirliyin 112 “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi
xahiş olunur.
Azərbaycan.-2020.- 18 oktyabr.- S.6.