Avropa
İttifaqı Gəncə şəhərinə mülki insanların həlak olması və
yaralanması ilə nəticələnmiş hücumu
pisləyib
Avropa
İttifaqı oktyabrın 17-də gecə Azərbaycanın Gəncə
şəhərinə həyata keçirilmiş, mülki
insanların həlak olması və yaralanması ilə nəticələnmiş
hücumu pisləyib.
AZƏRTAC
xəbər verir ki, Avropa İttifaqının bununla
bağlı açıqlamasında hər hansı tərəfin
mülki şəxslərin və obyektlərin hədəfə
alınmasına son qoymalı olduğu bildirilir.
Qeyd
olunur ki, oktyabrın 10-da əldə edilmiş atəşkəs
razılaşmasına hörmət edilməlidir.
Azərbaycan.-2020.- 18 oktyabr.- S.8.