Azərbaycanın Rusiyadakı səfirliyi
RF XİN-ə etiraz notası göndərib
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlərini pozmaqla, Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edib. Bununla əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi RF Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Səfirliyin
mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata
görə, notada qeyd edilir ki, 2020-ci il oktyabrın 16-da Vitali
Milonov separatçı rejimin qondarma başçısı ilə
görüş keçirib və Azərbaycanın
Dağlıq Qarabağ regionunda onsuz da gərgin olan vəziyyətin
daha da kəskinləşməsinə yönəlmiş bir
sıra təhrikçi bəyanatlarla çıxış
edib.
Notada
daha sonra göstərilir ki, RF Dövlət Duması
deputatının bu cür təxribatçı hərəkətləri
Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə
yönəlib və həm Azərbaycan ictimaiyyətinin, həm
də Rusiyadakı çoxsaylı diasporun haqlı hiddətinə
səbəb olub.
Azərbaycan.-2020.- 18 oktyabr.- S.8.