Azərbaycan və Ermənistan
müvəqqəti humanitar atəşkəsə
razılıq verib
Azərbaycan Respublikası və Ermənistan Respublikası oktyabrın 18-i yerli vaxtla saat 00:00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq verib.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, bu qərar ATƏT-in Minsk qrupunun həmsədr
ölkələrini təmsil edən Amerika Birləşmiş
Ştatları, Fransa Respublikası və Rusiya
Federasiyasının prezidentlərinin 2020-ci il 1 oktyabr,
ATƏT-in Minsk qrupunun həmsədrlərinin 5 oktyabr tarixli bəyanatlarına
əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına
uyğun olaraq qəbul edilib.
Azərbaycan.-2020.- 18 oktyabr.- S.8.