Latviya Seyminin deputatı Gəncənin raket atəşinə tutulmasını pisləyib
Latviya
Seyminin deputatı Gəncənin raket atəşinə
tutulmasını pisləyib
Ermənistan
hərbi qüvvələrinin Azərbaycanın Gəncə
şəhərini raket atəşinə tutması dünya
ictimaiyyətini narahat edir və ölkəmizin
dostlarının hiddətinə səbəb olur.
Milli
Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən "Report"a bildirilib ki, Latviya Respublikası
Seyminin Azərbaycanla əməkdaşlıq üzrə
dostluq qrupunun sədri Romans Naudinş Milli Məclisin Latviya ilə
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun üzvlərinə məktub
ünvanlayıb. Həmin məktubda Gəncə şəhərinin
raket atəşinə tutulması beynəlxalq hüququn kobud
şəkildə pozulması və terror aktı qəti şəkildə
pislənilir.
Qeyd
edilir ki, dünya birliyi və beynəlxalq təşkilatlar
dinc əhaliyə qarşı yönəlmiş bu cür
zorakılığı qınamalıdır. Bu akt atəşkəs
haqqında əldə edilmiş razılaşmadan sonra baş
verib. Buna görə də bu hadisə ilə bağlı beynəlxalq
səviyyədə istintaq tədbirləri aparılmalı və
buna cavabdeh olan, yaşayış məntəqələrinin
atəşə tutulması barədə əmr verən şəxslər
müəyyən edilməlidir.
Azərbaycan.-2020.- 18 oktyabr.- S.8.