İspaniyanın
Respublikaçı Aviatorlar
Assosiasiyası Ermənistanın təcavüzünü
qınayır
İspaniyanın
Respublikaçı Aviatorlar Assosiasiyası Ermənistanın təcavüzünü
qınayır
İspaniyanın
Respublikaçı Aviatorlar Assosiasiyasından (Asociación
de Aviadores de la República - ADAR) Azərbaycanın
İspaniyadakı səfirliyinə daxil olmuş məktubda Ermənistan
silahlı qüvvələrinin ölkəmizə
qarşı təcavüzkar siyasəti qətiyyətlə
qınanılır, öz ərazi
bütövlüyünü bərpa etmək uğrunda
apardığı haqlı mübarizədə Azərbaycana dəstək
ifadə olunur.
AZƏRTAC
xəbər verir ki, Respublikaçı Aviatorlar
Assosiasiyasının sədri Akilino Mata İspaniyada vətəndaş
müharibəsi zamanı (1936-1939) Gəncə (həmin zaman
Kirovabad) şəhərində yerləşən təlim mərkəzində
təhsil almış ispan pilotların ailə üzvlərindən
ibarət heyətlə birlikdə 2016-cı ildə Gəncə
şəhərinə səfərlərini xoş təəssüratlarla
xatırlayaraq, İkinci Dünya müharibəsi illərində
Bakının müdafiəsində iştirak edən ispan
aviatorlar, onların yaxınları üçün Azərbaycanın,
xüsusilə Gəncənin xüsusi əhəmiyyətə
malik olduğunu qeyd edir.
Məktubda
Respublikaçı Aviatorlar Assosiasiyasının, ispan
pilotların ailə üzvlərinin və
yaxınlarının Ermənistan silahlı qüvvələrinin
cəbhə bölgəsindən kənarda yerləşən
Gəncə şəhərini raket atəşinə
tutmasından dərin sarsıntı keçirdiyi, bu təcavüz
əməlinin qəbuledilməz olduğu vurğulanır.
“Ermənistanın
növbəti hərbi təxribatı zamanı həlak
olmuş mülki şəxslərin xatirəsini ehtiramla
anırıq, münaqişənin tezliklə və Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həll edilməsinə dəstəyimizi ifadə edirik”, - deyə
məktubda bildirilir.
Azərbaycan.-2020.- 18 oktyabr.- S.8.