Düşmən kəndimizin məzarlığını da hədəfə alır

 

Bu gün Tərtər Qarabağ uğrunda savaşın odlu nöqtəsidir. Düşmənin artilleriya atəşlərinə, raket zərbələrinə daha çox məruz qalan isə bizim Borsunlu kəndidir. Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmilər evlərimizi, sosial obyektləri dağıdıb yerlə-yeksan etmişdir. Mülki əhali arasında həlak olanyaralananlar da vardır.

Əlbəttə, müharibədir. Müharibədə ölüm-itim, dağıntı başadüşüləndir. Amma bizim faşist xislətli düşmənlərimizin davası heç bir müharibə qanunlarına sığmayan əsl barbarlıqdır. Düşmənin evləri, məktəb və xəstəxananı atəşə tutmaqla ürəyi soyumur. Kənd məzarlığını atəşə tutan xainlər ata-babalarımızın, doğmalarımızın qəbirlərini dağıtmaqdan da çəkinmirlər. Ancaq unudurlar ki, onlar bu əməlləri ilə özlərinə qarşı nifrəti daha da artırır, ürəyimizdəki intiqam hissini daha da alovlandırırlar.

Cəbhədən aldığımız qələbə soraqlı xəbərlər isə bizə əzm verir. İnanırıq ki, qəhrəman Azərbaycan əsgəri tezliklə düşmən üzərində tam və qəti qələbə qazanacaq, erməni faşistlərini Qarabağdan birdəfəlik qovub çıxaracaq. Biz elə bu yenilməz inamla da kəndimizdə təsərrüfat işləri ilə məşğuluq. Pambıq yığırıq, taxıl əkirik, mal-qaraya qulluq edirik. Bir sözlə, əhvali-ruhiyyəmiz çox yüksəkdir. Səbirsizliklə QƏLƏBƏ xəbəri gözləyirik.

 

 

İlham MƏMMƏDOV,

Tərtər rayonu Borsunlu kənd sakini

Azərbaycan.-2020.- 18 oktyabr.- S.11.