Gəncəyə atılan raket zərbəsindən Azərbaycan-Gürcüstan
elektrik xətti zədələnsə də,
qısa vaxtda bərpa edilib
"Azərenerji” ASC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, oktyabrın
17-də təcavüzkar erməni silahlı birləşmələri gecə saat 01 radələrində Mingəçevir və Gəncə şəhərlərinə ballistik raketlərdən zərbələr endirib. Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də Gəncə istiqamətində endirilən zərbə nəticəsində Beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəza baş verməsinə səbəb olub.
24 saat fasiləsiz xidmət
göstərən "Azərenerji” ASC əməkdaşları
qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji
ötürülən xətdə baş
verən qəzanı aradan
qaldırıblar.
Azərbaycan.-2020.- 18 oktyabr.- S.16.