Birinci vitse-prezident Mehriban Əliyeva: Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm

 

Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "Instagramhesabında edilən paylaşımda deyilir:

"Azərbaycan Ordusunun növbəti qələbəsi! Füzuli şəhəri Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! qədər həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə olsun yenidən görmək arzusunda idi! Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir. Bu, ədalətin təntənəsidir! Ona görə ki, bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızın torpaqlarıdır. Hər bir Azərbaycan əsgərinin zabitinin həyatı sağlamlığı üçün dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

 

Azərbaycan.- 2020.- 20 oktyabr.- S.1.