TBMM-in sədri: “İşğalçı
Ermənistan Azərbaycan ərazilərindən
çıxmalıdır”
İşğalçı Ermənistan Azərbaycan ərazilərindən çıxmalıdır. ATƏT-in Minsk qrupunun 30 ildir apardığı danışıqlar nəticəsiz qaldı və bu qurum Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasına nail ola bilmədi. Bu gün Azərbaycan Ordusu bu işi görməkdədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 19-da Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Bakıda jurnalistlərlə keçirdiyi görüşdə bildirib.
Mustafa Şentop deyib ki, bütün Türkiyə xalqı Azərbaycan Ordusu üçün dua edir. İnanıram ki, Azərbaycan Ordusu zəfər çalacaq.
Türkiyə-Azərbaycan
əlaqələrinə toxunan M.Şentop qeyd edib ki, bu
münasibətlər digər iki ölkə
arasında mövcud olan
münasibətlərlə müqayisə edilə bilməz. Bu münasibətlər tarixən ən
yüksək səviyyədə olub. O deyib: “Ötən əsrin əvvəlində
Türkiyənin 34 şəhərindən insanlarımız burada döyüşüblər. Türkiyədən
gələrək Azərbaycanda döyüşüb
şəhid olanların Şəhidlər xiyabanında abidələri
var. Bu gün
Azərbaycanın işğal olunmuş ərazilərini azad
etmək üçün
apardığı savaşı Türkiyədə
insanlarımız ölkənizin vətəndaşları qədər
həyəcanla izləyirlər”.
Azərbaycan.-
2020.-20 oktyabr.- S.2.