Mustafa Şentop: “Türkiyə
Azərbaycanı haqlı mübarizəsində sonadək dəstəkləməkdə
qətiyyətlidir”
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə həmişə Azərbaycanın yanındadır və qardaş dəstəyini daim davam etdirəcək. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, Azərbaycanın bir hissəsidir. Türkiyə dövləti haqlı mübarizəsində sonadək Azərbaycanı dəstəkləməkdə qətiyyətlidir. Bunu hər dəfə, hər yerdə demişik və Bakıda da təkrar ifadə edirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop deyib.
Türkiyə parlamentinin Sədri işğal
altındakı Azərbaycan ərazilərinin azad
edilməsi uğrunda şəhid olan Azərbaycan əsgərlərinə, eyni zamanda, həlak olan mülki vətəndaşlara
Allahdan rəhmət diləyib,
yaralananların tezliklə sağalmalarını arzulayıb.
Azərbaycan.-
2020.-20 oktyabr.- S.2.