BP-nin regional prezidentinin
Baş Nazir Əli
Əsədova məktubunda Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə xalqımıza
dəstək ifadə olunub
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova məktub ünvanlayıb.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, məktubda Azərbaycanın öz ərazi bütövlüyünün bərpa edilməsi uğrunda apardığı mübarizədə xalqımıza dəstək ifadə edilib.
Qəri Counz Gəncə şəhərinin, eləcə də Azərbaycanın digər şəhər və kəndlərinin son günlərdə atəşə tutulması nəticəsində mülki əhali arasında itkilərin olması xəbərindən dərindən kədərləndiyini vurğulayıb, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyan bu dövrdə cari neft və qazın hasilatı və nəqli prosesinin fasiləsiz həyata keçirilməsini təmin etmək üçün BP-nin heyəti tərəfindən bütün mümkün səylərin göstərildiyi qeyd olunub.
Azərbaycan.- 2020.-20 oktyabr.- S.4.