Ceyhun Bayramov Vaşinqtonda
ABŞ-ın Dövlət katibi və
ATƏT-in Minsk qrupunun
həmsədrləri ilə görüşəcək
Oktyabrın 23-də Azərbaycan Respublikasının
Xarici İşlər
naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət
katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk qrupunun
həmsədrləri ilə
görüşünün keçirilməsi nəzərdə
tutulur.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Azərbaycan.- 2020.-11 oktyabr.- S.1.