Prezidentin köməkçisi:
Ermənistan ərazisindən Azərbaycanın ərazisinə
hücumların edilməsi növbəti hərbi təcavüz
aktıdır
Ermənistanın
öz ərazisindən Azərbaycan Ordusunun bölmələrini
Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan,
Qubadlı və Laçın rayonları istiqamətində
atəşə tutması, Ermənistan ərazisindən Azərbaycanın
ərazisinə hücumların edilməsi növbəti hərbi
təcavüz aktıdır.
AZƏRTAC
xəbər verir ki, bunu jurnalistlərə
açıqlamasında Prezidentin köməkçisi -
Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi deyib: “Bu hallar Ermənistan ərazisindən Azərbaycanın Gəncə, Mingəçevir, Kürdəmir, Siyəzən, Qəbələ, Xızı və digər şəhərlərinə, mülki insanlara və mülki obyektlərə ballistik və reaktiv raketlərlə olan təcavüzkar hücumların davamıdır. Bu il iyulun 12-də Ermənistanın dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycana qarşı hücumları da təcavüz aktı kimi qiymətləndirilmişdi.
Bu kimi təcavüzkar aktlar, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və Azərbaycana qarşı gücdən istifadə etməsi Ermənistanın açıq-aşkar Azərbaycana qarşı müharibə apardığını bir daha nümayiş etdirir.
Hərbi təcavüz aktı olmaqla bərabər Ermənistanın bu kimi hərbi avantüraları siyasi təxribat və münaqişənin coğrafiyasının genişləndirilməsi məqsədini daşıyır.
Bununla Ermənistan üzv olduğu siyasi-hərbi təşkilat çərçivəsində digər ölkələrə qarşı güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək barədə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur.
Azərbaycan Respublikasının
BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun
olaraq, özünümüdafiə məqsədilə
hərbi təcavüz və hücum
hallarının qarşısını almaq
üçün legitim
hərbi hədəflərə qarşı atmağa
məcbur ola biləcəyi
addımların məsuliyyəti tam
şəkildə Ermənistanın üzərinə düşür”.
Azərbaycan.-2020.- 25 oktyabr.- S.3.