Rusiyanın Azərbaycandakı səfirliyi Gəncədə Artur Mayakovun həlak olması ilə bağlı başsağlığı verib

 

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi Gəncədə Artur Mayakovun həlak olması ilə bağlı özünün rəsmi “Twitter” səhifəsində başsağlığı verib.

AZƏRTAC xəbər verib ki, məlumatda deyilir: “Bu il oktyabrın 17-də raket hücumu nəticəsində yaralanmış 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Mayakov oktyabrın 24-də Gəncə şəhər xəstəxanasında vəfat edib. Səfirlik mərhumun qohumları və yaxınları ilə əlaqə saxlayır və onlara dərin hüznlə başsağlığı verir”.

 

 

Azərbaycan.-2020.- 25 oktyabr.- S.3.