Baş Prokurorluq sosial şəbəkə
istifadəçilərinə və KİV nümayəndələrinə
müraciət edib
Azərbaycan Respublikasının Baş Prokurorluğu sosial şəbəkə istifadəçilərinə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edib.
Baş
Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan
müraciətdə qeyd olunub ki, Azərbaycan Ordusu sentyabrın
27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində
uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək
düşmənə sarsıdıcı zərbələr
endirir.
Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin xalqa televiziya ilə müraciətlərində
və düşməndən azad edilmiş şəhər və
kəndlərimiz, ələ keçirilmiş
döyüş mövqeləri, hərbi texnika və
silah-sursatlar barədə vətəndaşlarımıza
dövlətimizin başçısının sosial şəbəkələrdəki
rəsmi səhifələri vasitəsilə mütəmadi məlumatlar
verilir.
Bununla
yanaşı, vətəndaşlarımız Azərbaycan
Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar
və ön xətdəki yerdəyişmələr barədə
Müdafiə Nazirliyi tərəfindən gün ərzində
mütəmadi olaraq rəsmi qaydada məlumatlandırılır.
Lakin bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair video, foto və informasiyaların yayılması, eləcə də döyüş əməliyyatlarının aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlərin paylaşılaraq hadisələri qabaqlamağa çalışma cəhdləri müşahidə edilir. Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyati təhlükəsinə səbəb olmaqdadır.
Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə mövcud müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçilərini və kütləvi informasiya vasitələrinin nümayəndələrini bu tipli hərəkətlərə yol verməməyə çağırır.
Nəzərə çatdırırıq ki, bu kimi
hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Azərbaycan.-2020.- 25 oktyabr.- S.5.