Baş Prokurorluq: Düşmənin yaşayış
məntəqələrini atəşə tutması nəticəsində
həlak olan mülki
şəxslərin sayı 65-ə çatıb
Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya və raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatıb. Onların 18-i qadın, 10-u uşaqdır.
Bu
barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən
məlumat verilib.
Oktyabrın
4-də, 11-də və 17-də raket və ağır
artilleriya hücumları nəticəsində Gəncədə
10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak
olub, 138 nəfər yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə,
nəqliyyat vasitələrinə külli
miqdarda ziyan dəyib.
Azərbaycan.-2020.- 25 oktyabr.- S.5.