Ermənistan ordusunun Tərtər rayonunun Kəbirli kəndinə raket atması nəticəsində 16
yaşlı sakin həlak olub
Ermənistanın
silahlı qüvvələri elan olunan humanitar atəşkəs
rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc
mülki əhalimizə qarşı cinayət əməllərini
davam etdirir.
Baş
Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, oktyabrın 24-də səhər saatlarından başlayaraq
Ermənistan ordusunun bölmələri tərəfindən
Goranboy və Tərtər rayonları müxtəlif istiqamətlərdən
intensiv raket və ağır artilleriyadan atəşə
tutulub.
Saat
10 radələrində Ermənistan silahlı qüvvələri
tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə
raket atılması nəticəsində 2004-cü il təvəllüdlü
İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.
Bundan
başqa, saat 09 radələrində Goranboy rayonunun
Tapqaraqoyunlu kəndinə top mərmilərinin düşməsi
nəticəsində Yaqubov Qafqaz Bəhmən oğlu və
Şirinov Bəylər Zahid oğluna məxsus fərdi evlərə
külli miqdarda ziyan dəyib.
Həmçinin
oktyabrın 17-də düşmən tərəfindən Gəncə
şəhərinə raket atılması nəticəsində
xəsarət almış Rusiya Federasiyasının vətəndaşı
2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç
göstərilmiş tibbi yardımlara baxmayaraq, oktyabrın
24-də stasionar qaydada müalicə olunduğu xəstəxanada
vəfat edib.
Hazırda
prokurorluq əməkdaşları tərəfindən
mövcud şəraitdə mümkün olan bütün
istintaq tədbirləri həyata keçirilir.
Azərbaycan.-2020.- 25 oktyabr.- S.5.