Azərbaycan əsgəri beynəlxalq
hüquqla müəyyən edilmiş normalar çərçivəsində
davranır
Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarına başladıqdan sonra Ermənistan bütün vasitə və resursları cəlb etməklə informasiya mühitində ölkəmizə qarşı hücuma keçməyə cəhd göstərir. Bununla da qarşı tərəf həqiqətləri əks etdirməyən məlumat, video və fotolar yaymaqla beynəlxalq aləmdə Azərbaycan barəsində mənfi rəy formalaşdırmağa çalışır.
Müdafiə
Nazirliyindən AZƏRTAC -a verilən xəbərə görə,
yayılan saxta video və fotolarda guya Azərbaycan əsgərinin
erməni əsir və meyitləri ilə beynəlxalq
hüquqla müəyyən edilmiş normalardan kənar, kobud
davranması nümayiş etdirilir: "Bir daha bildiririk ki, Azərbaycan
Ordusu Ermənistan silahlı qüvvələrindən fərqli
olaraq hərbi əsirlər, düşmənin yaralı hərbi
qulluqçuları, mülki əhali, o cümlədən
meyitləri ilə Cenevrə Konvensiyaları və onlara əlavə
edilmiş protokolların tələblərinə uyğun
davranmaqla bərabər, mərhəmət və hörmət
nümayiş etdirir.
Azərbaycan
əsgərinin davranışı insan şəxsiyyətinə
və onun ləyaqətinə hörmət etmək
ideyasına əsaslanır və döyüş əməliyyatı
zamanı erməni hərbçilərindən fərqli olaraq
bizim hərbi qulluqçularımız dinc əhali, mülki və
hərbi obyektlər arasında fərq qoyur".
Azərbaycan.-2020.- 25 oktyabr.- S.5.