Gənclər balaca
Xədicəyə dəstək olublar
Sentyabrın 27-də cəbhədə döyüşlərin başladığı vaxtdan YAP Gəncə şəhər təşkilatının fəal fəalları, könüllüləri arxa cəbhədə Vətən qarşısında borclarını yerinə yetirməyə çalışır, əllərindən gələn köməkləri əsirgəmirlər.
Şəhər
sakinləri arasında təbliğat və maarifləndirici tədbirlərin
həyata keçirilməsində, düşmənin
informasiya təxribatlarının qarşısının
alınmasında, Vətən uğrunda canlarından keçən
şəhidlərin dəfnində, ağır raket atəşinə
tutulmuş, yaşayış yerlərini müvəqqəti tərk
etmək məcburiyyətində qalmış və təhlükəsiz
yerlərdə yerləşdirilmiş uşaq, qadın və
qocalara humanitar kömək göstərilməsində, o
cümlədən dərman, gigiyenik vasitələrin
paylanmasında, ərzaqla təmin edilməsində gənclər
böyük ruh yüksəkliyi ilə iştirak edirlər.
İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarının yerlə-yeksan edildiyi, dinc sakinlərin qətlə yetirildiyi, yaralandığı hər terror aktında YAP Gəncə şəhər təşkilatının gəncləri ziyan görmüş mülki vətəndaşların, gözüyaşlı sakinlərin yanında olub, onlara dəstək olmağa çalışıblar. Növbəti dəfə gənclər oktyabrın 17-də erməni silahlılarının Gəncəyə atdığı raket zərbəsindən həlak olan Şahnəzərovlar ailəsindən yeganə sağ qalan balaca Xədicəyə baş çəkiblər. Gənclər gördükləri dəhşətdən hələ də özünə gələ bilməyən balaca Xədicəyə müxtəlif oyuncaqlar, gəlinciklər hədiyyə edib, maddi və mənəvi dəstək göstəriblər.
Qeyd edək ki, həmin gecə Xədicə Şahnəzərovanın atası, anası və yaşyarımlıq bacısı Mədinə erməni vandalizminin qurbanı olublar.
Sabir ƏLİYEV
Azərbaycan.-2020.- 25 oktyabr.- S.7.