Fotomüxbirin növbəti
uğuru
Hindistan Milli Fotoqrafiya Akademiyası fotoqrafiyanın ixtira olunmasının 181-ci ildönümü münasibətilə Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) himayəsi ilə “İlham” adlı beynəlxalq fotomüsabiqə keçirilib.
AZƏRTAC
xəbər verir ki, FIAP-ın prezidenti Rikardo Bussinin sədrlik
etdiyi münsiflər heyətinin üzvləri fotomüsabiqəyə
yekun vurub və qalibləri müəyyən ediblər.
Sevindirici
haldır ki, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov
fotomüsabiqədə dünyanın müxtəlif ölkələrini
təmsil edən çoxsaylı iştirakçılar arasında
“NAP–PI” qızıl medalına - Hindistan Milli Fotoqrafiya
Akademiyasının “PERSONA International” mükafatına layiq
görülüb. AZƏRTAC-ın fotoqrafına qələbə
qazandıran fotoşəkil 2015-ci ilin fevral ayında Bakıda keçirilən stolüstü tennis
üzrə beynəlxalq turnirdə çəkilmiş “Tennisdə
qarşıdurma” adlı işdir.
Azərbaycan.-2020.- 25 oktyabr.- S.8.