Hünərinə alqış!
Azərbaycanın mərd əsgər və
zabitləri, əziz oğullarım ! Siz Azərbaycan tarixinin yeni şanlı səhifələrini
yazırsınız. Torpaqlarımızın mənfur
düşmənin işğalından azad
edilməsində qətiyyətli, qorxmaz,
döyüşkən, nikbin ruhlu olmağınız bir
ana kimi mənim də
ürəyimi dağa döndərir.
Bilin ki, düşmən sizdən çox qorxur. Onu öz faşist yuvasına kimi qovun. Ona elə bir tarixi dərs verin ki, bizim Vətənimizin, Azərbaycanın adını çəkməyə, bu tərəflərə baxmağa belə cürət etməsin.
Bilin ki, bütün analar kimi mən də
sizə hər gün dua edirəm. Sizə Allahdan
cansağlığı, dözüm,
mərdlik, mətinlik
diləyirəm, mənəvi
dayaq olmağıma sevinirəm. Çünki siz düşmənə aman vermirsiniz, düz də edirsiniz. Qaniçən,
kəmfürsət yağıya
heç bir güzəşt ola
bilməz!
Mən xalqımıza,
ayrı-ayrılıqda sizin
hər birinizə Qələbə sevinci arzu edirəm.
Əziz
əsgər balam! Əgər evlisənsə, isti ocağına, körpələrinin
yanına sağ-salamat,
zəfərlə qayıdasan.
Əgər subaysansa, sənə
"Vağzalı” ilə
gəlin gətirmək
qismət olsun bizlərə.
Sənin hünərinlə neçə
illərdir yağı
tapdağında inləyən
torpaqlarımız və
narahat şəhid ruhları dinclik tapacaq, həsrətlilər
yurd-yuvasına qovuşacaq.
Başda
Prezidentimiz, Ali Baş
Komandan, möhtərəm
İlham Əliyev olmaqla yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan
Ordusu! Qarabağ Azərbaycandır!
Gülxanım KAZIMOVA,
Bakı şəhər sakini
Azərbaycan.-2020.-
25 oktyabr.- S.8.