Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızı
təbrik edib
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan
azad edilməsi ilə əlaqədar rəsmi "Instagram” səhifəsində paylaşım
edib.
AZƏRTAC
həmin paylaşımı
təqdim edir:
Zəngilan, Cəbrayıl, Qubadlı
rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan
azad edildi! Bu münasibətlə bütün
xalqımıza səmimi təbriklərimi
çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin
qəhrəmanlığı, şücaəti, cəsarəti,
igidliyi və mətanəti sayəsində
mümkün olur.
Onların hər birinə hədsiz dərəcədə minnətdaram!
Uca Tanrı ordumuzu,
xalqımızı, Vətənimizi və Prezidentimizi
qorusun! Qarabağ Azərbaycandır!
Azərbaycan.-2020.- 27 oktyabr.- S.1.