Türkiyə vətəndaş cəmiyyəti təşkilatları Azərbaycana dəstək bəyanatı qəbul ediblər

 

Türkiyədəki vətəndaş cəmiyyəti təşkilatları Azərbaycana dəstək bəyanatı qəbul ediblər.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycanın tarixi əraziləri olan Dağlıq Qarabağın və ətrafındakı rayonların işğalına 32 ildir sözdə sülh və həll istəyən türkə düşmən dövlətlər tərəfindən laqeydlik göstərilib və bölgədəki işğalçı qüvvələrin, yəni ermənilərin namərdliyinə hər dəfə göz yumulub. Ancaq son nəticədə başda Azərbaycan hökuməti olmaqla, xalqımız və dost dövlətlərimiz sülhün və atəşkəsin artıq heç bir yaraya məlhəm olmadığını, əksinə, qaysaq bağlamış yaralarımızın daha da dərinləşdiyini anlayıb.

Azərbaycan Respublikası öz problemini özü həll edəcək və işğal olunmuş torpaqlarının hamısını hərbi əməliyyatlarla azad edəcək əzmə və gücə malik olduğunu göstərdi.

Biz Azərbaycan dövlətini və eyni millətin övladları olan Azərbaycan türklərini sevir, Azərbaycan Ordusuna, milli dəyərlərə sahib çıxan bütün vətəndaşlarımıza, Azərbaycan hökumətinə və Azərbaycan Prezidentinə etibarımızın və dəstəyimizin tam olduğunu bildiririk.

Tarixi döyüş meydanlarında quraraq, mədəniyyət sahəsində yaşadan türklər Dağlıq Qarabağı həm döyüş meydanında, həm də danışıqlar masasında qazanacaqdır.

Azərbaycan dövlətinə və onun rəhbərlərinə səslənirik: Hər an əmrinizdəyik. Sərhədlərdən kənardakı qardaşlarınız da yanınızdadır. Yalnız irəli!

Qəlbimiz səninlədir, Azərbaycan! Hamımız Azərbaycanıq, hamımız Qarabağıq!

1. Anadolu Avrasiya Qazi və Şəhid Ailələri Dəstəkləmə və Yardımlaşma Dərnəyi

2. Anadolu İnkişaf, İstehsal, Təşəbbüs və Layihə Dərnəyi

3. Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi

4. Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi

5. Dolunay Jurnal İcma Dərnəyi

6. Dünya Uşaq və Gənclik Dərnəyi

7. Ədirnə Azərbaycan Evi Dərnəyi

8. Ergenekon Türkçü Düşüncə Dərnəyi

9. Eskişəhər Azərbaycanlılar Dərnəyi

10. Gənc Akademiklər Dərnəyi

11. Gökbörü Türkçülər Dərnəyi

12. Hanifi Gökçək, Təlim-Tədris və Elm Sahəsində Çalışanların Həmkarlar İttifaqının sədri

13. İbrahim Ata, MHP Kayseri Məclisinin üzvüTalas bələdiyyəsinin sədr müavini

14. Mülazım Kardelen Paşa, İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri

15. Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi

16. Mersin Köçəri Türkmən Vəqfi

17. Murat Yeşil, İdarəçilər və Bürokratlar Birliyi idarə heyətinin üzvü

18. Mutlu Türkmən, professor, Türkiyə Boccia, BoulinqMizraq Federasiyasının sədri

19. SÖZBir Hərəkatı

20. Şəhid Qazi Həmkarlar Konfederasiyası

21. Sosial Düşüncə Dərnəyi

22. TÜDKAD (Türk Dünyası Qadınları Dostluq və Həmrəylik Dərnəyi)

23. Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfi

24. Türk Hərəkatı Dərnəyi

25. Ülkü Bağı Dərnəyi

26. Yeni Minil Dərnəyi

27. Köçəri Türkmən Vəqfi və başqaları (cəmi 73 vətəndaş cəmiyyəti təşkilatı)”.

 

 Azərbaycan.- 2020.- 22 oktyabr.- S.9.