Azərbaycan və Latviya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Oktyabrın
26-da Azərbaycan Xarici İşlər Nazirliyi və Latviya
Xarici İşlər Nazirliyi arasında videokonfrans
formatında siyasi məsləhətləşmələr
keçirilib.
XİN-dən
AZƏRTAC-a verilən məlumata görə, nümayəndə
heyətlərinə Azərbaycan tərəfindən Xarici
İşlər nazirinin müavini Xələf Xələfov,
Latviya tərəfindən isə bu ölkənin Xarici
İşlər Nazirliyinin dövlət katibinin müavini,
siyasi direktoru Yaniş Mazeiks rəhbərlik ediblər.
Məsləhətləşmələr zamanı iki ölkə arasında əlaqələrin hazırkı
vəziyyəti təhlil
olundu və əməkdaşlıq perspektivləri
barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Latviya arasında siyasi dialoqun yüksək səviyyədə
olduğundan məmnunluq
ifadə edib. Bu xüsusda, Azərbaycan
və Latviya arasında 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlığın Yaradılması haqqında
Bəyannamə xüsusi
əhəmiyyət kəsb
edən hadisə kimi dəyərləndirilib.
İkitərəfli iqtisadi əməkdaşlığın
geniş potensiala malik olduğu qeyd edilib və
ikitərəfli iqtisadi-ticari,
elmi-texniki və mədəni sahələrdə
əlaqələrin təşviqinə
dair məsələlərin
müzakirəsi və
həlli məqsədilə
Hökumətlərarası Komissiyanın növbəti
8-ci iclasının 2021-ci ildə
keçirilməsinin mümkün
olacağına ümid
ifadə edilib.
Həmçinin mədəniyyət, elm və təhsil sahələrində əlaqələr
müzakirə edildi, bu xüsusda hər il
Azərbaycandan çox
sayda gənclərin Latviya universitetlərində
təhsil almasından
məmnunluq bildirilib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Münaqişənin sülh yolu ilə həlli üçün müvafiq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə diqqət çəkilib. X.Xələfov Latviyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə Latviya tərəfinə təşəkkürünü bildirib.
Nazir müavini Latviya tərəfinə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, o cümlədən cari ilin 12-16 iyul tarixlərində Azərbaycan–Ermənistan dövlət sərhədində həyata keçirdiyi hərbi təxribatı və 27 sentyabrda Azərbaycana qarşı növbəti təcavüz aktı barədə məlumat verib. X.Xələfov Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozmaqda davam etməsi, münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturların məqsədyönlü şəkildə etdiyi raket atəşinə tutması, 27 sentyabrdan başlayaraq Azərbaycana qarşı yeni təcavüzü nəticəsində 65 mülki şəxsin həyatını itirdiyi və 300-ə yaxın mülki şəxsin yaralandığını həmsöhbətinin diqqətinə çatdırıb.
Nazir müavini qeyd edib ki, Azərbaycan özünümüdafiə hüququna əsaslanaraq beynəlxalq tanınmış sərhədləri çərçivəsində Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunması üçün hərbi-siyasi tədbirləri davam etdirir. Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərində Azərbaycan silahlı qüvvələrinə qarşı müharibə aparmasına görə məsuliyyət bütövlükdə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini tam tərk etməyənədək bölgədə dayanıqlı sülh təmin oluna bilməz.
Tərəflər
həmçinin qarşılıqlı maraq doğuran digər
regional və beynəlxalq məsələlər ətrafında
fikir mübadiləsi aparıb.
Azərbaycan.-2020.- 27 oktyabr.- S.6.