Fransa parlamenti heyətinin Ermənistana səfəri
birtərəfli və qərəzli xarakter
daşıyır
Ermənistan
kütləvi informasiya vasitələrində Fransanın
parlament nümayəndə heyətinin Ermənistana və Azərbaycanın
işğal olunmuş ərazilərinə səfəri barədə
məlumat verilir.
AZƏRTAC
xəbər verir ki, bununla bağlı KİV-ə
açıqlamasında Prezidentin köməkçisi - Prezident
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev deyib: “Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü davam
etdiyi, rəsmi Yerevanın ballistik raketlərdən istifadə
edərək mülki Azərbaycan əhalisinə qarşı
terror və kütləvi hərbi cinayətlər törətdiyi
şəraitdə Fransa parlamenti heyətinin Ermənistana səfəri
birtərəfli və qərəzli xarakter daşıyır.
Səfərdə iştirak edən Fransa parlament üzvlərinin
əksəriyyətinin erməni lobbi dairələri ilə
bağlılığı və erməni lobbisi tərəfindən
maliyyələşdirildiyi heç kimə sirr deyil.
Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Həmsədr ölkələr neytrallığı və
vasitəçilik missiyasında
qərəzsizliyi təmin
etməlidir. Bu səfər ATƏT-in Minsk qrupunun
həmsədri kimi Fransanın neytrallığına
kölgə salır.
İndiki həssas dönəmdə
bu qəbildən olan təxribatçı addımlar haqlı olaraq Azərbaycan ictimaiyyətinin ciddi hiddətinə səbəb
olur.
Bu səfər regionda
gərginliyin azalmasına
xidmət etmir. Əksinə, Ermənistanı mülki Azərbaycan əhalisinə,
xüsusilə uşaqlara
qarşı yeni hərbi cinayətlər törətməyə, Azərbaycana
qarşı işğalçılıq
siyasətini davam etdirməyə daha da cəsarətləndirir.
Fransa parlament nümayəndə
heyətinə Ermənistan
baş naziri ilə görüşdə
ona törətdiyi hərbi cinayətlər, xüsusilə dinc sakinlərin ölümü
ilə nəticələnən
Azərbaycanın Gəncə,
Tərtər, Mingəçevir
və digər şəhərlərini ballistik
və reaktiv raketlərdən atəşə
tutmasına görə
daşıdığı məsuliyyəti
xatırlatmağı tövsiyə
edirik”.
Azərbaycan.-2020.-
27 oktyabr.- S.6.