Dövlət Komissiyası: Ermənistan
əsirlərin və saxlanılan şəxslərin azad edilməsi, və meyitlərin
qaytarılması ilə bağlı Azərbaycanın təkliflərinə
indiyədək cavab verməyib
Oktyabrın 10-da Moskvada humanitar atəşkəs razılığının əldə edildiyi vaxtdan etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyevin və digər səlahiyyətli şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin başçısı ilə görüşlərində Azərbaycan Respublikasının həlak olmuş hər iki tərəfə aid hərbçilərin meyitlərinin qarşılıqlı mübadiləsinə, hətta erməni hərbçilərinin meyitlərinin bir hissəsinin birtərəfli qaydada geri qaytarmasına, eləcə də Azərbaycanda saxlanılan 2 erməni hərbçisinin və 2 mülki şəxsin qarşı tərəfdəki 2 azərbaycanlı girovla azad edilməsinə hazır olduğu bildirilib.
Komissiyadan
AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, Azərbaycan tərəfinin
Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən
döyüş bölgəsində qoyub getdiyi 85 yaşlı
erməni qadının da birtərəfli qaydada azad edilməsinə
hazır olduğu diqqətə çatdırılıb.
Qeyd
olunanlara baxmayaraq, Ermənistan Respublikası əsirlərin və
saxlanılan şəxslərin azad edilməsi və meyitlərin
qaytarılması ilə bağlı Azərbaycan
Respublikasının təkliflərinə indiyədək cavab
verməyib.
Azərbaycan.-2020.- 27 oktyabr.- S.6.