Ermənistanın siyasi-hərbi
rəhbərliyi xalqın reaksiyasından, qəzəbindən
qorxduğu üçün
cəsədləri götürmək istəmir
Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana təhvil verməyə hazırdır.
AZƏRTAC
xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi
- Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev
özünün “Twitter” səhifəsində bildirib.
Prezidentin
köməkçisi qeyd edib ki, oktyabrın 18-də Azərbaycanın
cəsədləri birtərəfli qaydada qaytarmağa
hazır olduğunu bəyan etməsinə baxmayaraq, Ermənistan
hələ də cavab vermir. Cəsədləri
götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi
daşıyır. Beləliklə, bir daha aydın olur ki, Ermənistan cəsədləri
götürmək istəmir, çünki
mövcud siyasi-hərbi rəhbərlik
xalqın reaksiyasından, qəzəbindən qorxur.
Azərbaycan.-2020.- 27 oktyabr.- S.8.