Beynəlxalq Türk
Mədəniyyəti və
İrsi Fondu Ermənistanın Gəncəyə
hərbi təcavüz
aktı ilə bağlı bəyanat yayıb
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondu Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri
olan Gəncəyə
hərbi təcavüz
aktı ilə bağlı bəyanat qəbul edib.
AZƏRTAC bəyanatı
təqdim edir:
“Oktyabrın 11-də
Ermənistanın Vardenis
rayonundan Azərbaycanın
ikinci böyük şəhəri olan Gəncəyə raket hücumu nəticəsində
10 nəfər dinc sakin həlak olub, azyaşlı uşaqlar da daxil olmaqla 30-dan çox mülki şəxs bədən xəsarətləri alıb,
böyük dağıntılar
baş verib.
Bu terror aktı
Ermənistanın təcavüzkar
siyasətini bir daha açıq şəkildə nümayiş
etdirir. Humanitar atəşkəsi kobud şəkildə pozan erməni təcavüzkarlarının törətdiyi
bu cinayət Cenevrə konvensiyalarına
tamamilə ziddir.
Dünya ictimaiyyətini beynəlxalq
terrorizmə düzgün
qiymət verməyə,
onu qəti və açıq şəkildə qınamağa
çağırırıq.
Günay Əfəndiyeva
Beynəlxalq Türk
Mədəniyyəti və
İrsi Fondunun prezidenti
Azərbaycan. - 2020.- 23 oktyabr.- S.3.