Baş Prokurorluq Ermənistan ordusunun
Azərbaycanın dinc əhalisinə
qarşı törətdiyi cinayət əməlləri barədə
altı dildə videoçarxlar
hazırlayıb
Azərbaycan Respublikası Baş Prokurorluğu Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayət əməlləri barədə dünya ictimaiyyətinin daha geniş məlumatlandırılması məqsədilə fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici videoçarxlar hazırlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videoçarxlarda işğalçı Ermənistan Respublikası silahlı qüvvələrinin oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfərin həlak olduğu, 138 nəfərin yaralandığı diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, şəhərdə mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Ermənistanın
işğalçı və təcavüzkar mahiyyətinin
beynəlxalq müstəvidə bir daha ifşa edilməsi,
işğalçı dövlətə qarşı beynəlxalq
hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması
məqsədilə Azərbaycan Respublikası Baş
Prokurorluğu tərəfindən bütün beynəlxalq qurumlara
müraciət ediləcək.
Azərbaycan.-2020.- 27 oktyabr.- S.8.