Humanitar atəşkəsə əməl etməyən düşmən yaşayış məntəqələrimizi atəşə tuturAğdamdan reportaj

 

Oktyabrın 26-da səhər saat 08.00-dan etibarən humanitar atəşkəs elan olunmasına baxmayaraq, düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, bu gün səhər Ağdam rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub.

Ağdamın Qaradağlı kəndinin sakini Hökumə İbadova müxbirimizlə söhbət zamanı bildirib ki, düşmən neçə gündür bu yaşayış məntəqəsini atəşə tutmaqda davam edir. “Həyətimizə neçə dəfə mərmi düşüb. Evimiz ziyan görüb. Buna baxmayaraq, kəndimizdən çıxmırıq. Camaat öz evində yaşayır. Biz OrdumuzaAli Baş Komandanımıza arxayınıq. Çalışırıq belə bir vəziyyətdə bir-birimizə kömək olaq, dəstək verək. Azərbaycan xalqı böyük xalqdır. Yaşasın Azərbaycan xalqı, yaşasın Müzəffər Ali Baş Komandan!”.

Qeyd edək ki, Ermənistan atəşkəs rejiminə üçüncü dəfədir əhəmiyyət vermir. Oktyabrın 10-da Moskvada birgə bəyanat, oktyabrın 18-də Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və oktyabrın 24-də Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən kobud şəkildə pozulub.

Beləliklə, Ermənistan növbəti dəfə məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoymur və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizlik göstərir.

 

Azərbaycan.-2020.- 27 oktyabr.- S.8.