Qırmızı qəsəbə
sakini: Dağ yəhudiləri
Vətən müharibəsində qardaşları ilə
çiyin-çiyinə ön cəbhədə
döyüşür
Televiziyada dağ
yəhudisi Daniel Zarbailovun
çıxışını qürurla
izlədim. Döyüşçü Daniel o sözləri
Qırmızı qəsəbədə yaşayan
bütün gənclərin dilindən
söylədi. Dağ yəhudiləri də
Vətən müharibəsində qardaşları ilə
çiyin-çiyinə ön cəbhədə
döyüşür. Bu, tarixən
belə olub və bundan sonra da belə
olacaq. Vətənimiz uğrunda döyüşlərdə
şəhidlər vermişik
və birlikdə qələbələr qazanmışıq.
Dağ yəhudisi
Albert Aqarunov Qarabağda
Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid olub və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Kim ki, bu torpaqda
böyüyür, Azərbaycanın
çörəyini yeyib
havasını udur, Vətəni qorumağa borcludur.
Bu sözləri AZƏRTAC-ın
bölgə müxbirinə
müsahibəsində Qubada
dağ yəhudilərinin
yığcam yaşadıqları
Qırmızı qəsəbədəki
İsak Xanukov adına 1 saylı
məktəbin direktoru
Yavuşva Simanduyev söyləyib.
Yavuşva Simanduyev bildirib ki, bu gün
hamımız Ali Baş
Komandan İlham Əliyevin ətrafında
yumruq kimi birləşməlidir.
“Çox sevinirəm
ki, Qarabağımız
azad olunur. Hər gün
biz sinaqoqlarda əsgərlərimizin
qələbə qazanması,
düşmənlərin xar
olması üçün
dua edirik. Çox sevinirik ki, bu
haqq savaşında türk və israilli qardaşlarımız
bizim yanımızdadır.
Onlar haqqı müdafiə edirlər. Əminəm ki, tezliklə
qalib gələcəyik.
Yaxın
zamanda Şuşada bütün xalqımız
əl-ələ verib
Qələbə bayramını
qeyd edəcəyik”, -
deyə Yavuşva Simanduyev söyləyib.
Azərbaycan.-2020.-
27 oktyabr.- S.8.